Icma.az
close
up
RU
İlham Əliyev Manas , Sadır Japarov Heydər Əliyev ordeni ilə təltif edildi

İlham Əliyev Manas , Sadır Japarov Heydər Əliyev ordeni ilə təltif edildi

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstan Prezidenti Sadır Japarov Heydər Əliyev ordeni ilə təltif edilib.

Sadır Japarova Heydər Əliyev ordeni Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilib.

Həmçinin Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib.

Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin əldə etdiyi uğurlardan danışıb.

Sadır Japarov bildirib ki, müasir Azərbaycan beynəlxalq proseslərdə mühüm rol oynayan güclü dövlətdir. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi illərində Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər qazanıb.

Qırğızıstan Prezidenti qeyd edib ki, İlham Əliyevin dəstəyi və iki ölkənin yaxınlaşmasına yönəlmiş dəyişməz səyləri sayəsində qardaş ölkələr möhkəm dostluq və qarşılıqlı inkişafa əsaslanan həqiqi strateji tərəfdaşlıq qurublar.

"Bu gün münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri alıb", – deyə o vurğulayıb.

Sadır Japarov əlavə edib ki, İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafındakı rolu xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində iştirakı ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

Qırğızıstan Prezidenti, həmçinin İlham Əliyevin regionda davamlı sülhün bərqərar olunması, sabitliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini qeyd edib.

"Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Məhz buna görə də əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Qırğızıstan Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif etmək barədə qərar qəbul etmişəm", – deyə Sadır Japarov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri