İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi Təsdiqlədi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək.
Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib Prezidentə məlumat verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 22 İyul 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















