Icma.az
close
up
RU
İlham Əliyev tarix elmləri namizədi adını necə aldı?

İlham Əliyev tarix elmləri namizədi adını necə aldı?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın müxtəlif ölkələrində elmi dərəcəyə malik dövlət başçıları həmişə diqqət çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin bioqrafiyasında da çoxlarının bilmədiyi belə bir səhifə var. O, siyasətə gəlməzdən xeyli əvvəl Moskvanın ən nüfuzlu ali məktəblərindən biri sayılan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) elmi fəaliyyətlə məşğul olub, tarix elmləri namizədi elmi dərəcəsi alıb və bir neçə il həmin ali məktəbdə dərs deyib.

Azpost.info bildirir ki, onun elmi fəaliyyətini maraqlı edən təkcə alim olması deyil. Maraqlı məqam müdafiə etdiyi dissertasiyanın mövzusu idi. SSRİ-nin ideoloji nəzarətin güclü olduğu dövrdə gənc tədqiqatçı elmi araşdırmasını Böyük Britaniyanın Liberal Partiyasına həsr etmişdi.

SSRİ-nin diplomatik elitasını yetişdirən ali məktəb

1977-ci ildə İlham Əliyev MQİMO-ya qəbul olunur. Həmin dövrdə bu ali məktəb Sovet İttifaqının ən prestijli təhsil müəssisələrindən biri hesab edilirdi. Burada gələcəyin diplomatları, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri və dövlət idarəçiləri hazırlanırdı.

1982-ci ildə institutu fərqlənmə ilə bitirən İlham Əliyev diplomatik xidmətə keçmək əvəzinə elmi fəaliyyəti seçərək aspiranturaya daxil olur. Bununla da onun təxminən 15 il davam edən akademik fəaliyyətinin əsası qoyulur.

Gənc aspirantın qeyri-adi seçimi

Aspiranturada qarşıda duran əsas məsələ dissertasiya mövzusunun müəyyənləşdirilməsi idi.

İlham Əliyev araşdırma mövzusu kimi Böyük Britaniyanın Liberal Partiyasının tarixini və siyasi fəaliyyətini seçir.

Bu seçim təsadüfi deyildi. Tələbəlik illərindən Britaniyanın siyasi sistemi və parlament ənənələri ilə maraqlanan gənc tədqiqatçı MQİMO kitabxanasının xüsusi fondunda saxlanılan Britaniya və ABŞ nəşrlərini müntəzəm oxuyurdu.

MQİMO kitabxanasının gündəlik nəşrlər şöbəsinin müdiri Raisa Polevoy sonralar xatirələrində qeyd edirdi ki, İlham Əliyev demək olar, hər gün xarici mətbuatla işləmək üçün xüsusi fonda gəlirdi. Onun sözlərinə görə, geniş mütaliə sonradan dissertasiya işinin hazırlanmasında mühüm rol oynayıb.

Elmi rəhbəri əvvəlcə tərəddüd etmişdi

İlham Əliyevin elmi rəhbəri MQİMO-nun sabiq rektoru, professor Nikolay Lebedev idi.

Lebedev sonralar verdiyi müsahibələrdən birində bildirirdi ki, aspirantın məhz Böyük Britaniyanın Liberal Partiyası mövzusunu seçməsi onu əvvəlcə təəccübləndirmişdi. O dövrdə sovet tarixşünaslığında belə mövzular geniş yayılmamışdı və onların aktuallığı barədə müxtəlif fikirlər mövcud idi.

Professorun sözlərinə görə, gənc aspirant seçiminin elmi əsaslarını inandırıcı arqumentlərlə izah etdikdən sonra bu mövzu üzərində işləməsinə razılıq verilib.

İlham Əliyev

Niyə məhz Liberal Partiyası?

XIX əsrdən etibarən Böyük Britaniyanın Liberal Partiyası ölkənin siyasi tarixində mühüm rol oynayıb. Partiya seçki hüququnun genişləndirilməsi, təhsil islahatları, yerli özünüidarənin inkişafı və sosial dəyişikliklərlə bağlı təşəbbüsləri ilə tanınıb.

XX əsrin əvvəllərində isə klassik liberalizm anlayışı dəyişərək “yeni liberalizm” mərhələsinə keçdi. Bu yanaşma dövlətin sosial müdafiə sahəsində daha fəal rol oynamasını qəbul edirdi.

Məhz bu tarixi inkişaf xətti İlham Əliyevin elmi tədqiqatının əsas istiqamətlərindən biri idi.

Müdafiə adi prosedura çevrilmədi

1985-ci ildə dissertasiya müdafiəsi keçirildi.

MQİMO-nun beynəlxalq münasibətlər fakültəsinin dekanı Yuri Bulatov sonralar həmin müdafiəni institutun ən maraqlı elmi müzakirələrindən biri kimi xatırlayırdı.

Onun sözlərinə görə, müdafiə zamanı elmi müzakirələr o qədər geniş vüsət almışdı ki, bəzi məqamlarda dissertasiyanın özündən daha çox müəllifin irəli sürdüyü elmi yanaşmalar müzakirə edilirdi.

Bulatovun diqqət çəkdiyi başqa bir məqam isə səsvermə idi. Sovet dövründə dissertasiya müdafiələrində qərarlar əksər hallarda yekdilliklə qəbul olunurdu. Lakin həmin müdafiədə bir nəfər əleyhinə səs vermişdi. Bulatov bunu elmi müzakirələrin həqiqətən prinsipial keçdiyinin göstəricisi kimi qiymətləndirirdi.

Nəticədə İlham Əliyev dissertasiyasını uğurla müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini aldı.

Elmdən auditoriyaya

Dissertasiyadan sonra İlham Əliyev MQİMO-da müəllim kimi fəaliyyətini davam etdirdi. O, “Amerika və Avropa ölkələrinin tarixi və xarici siyasəti” kafedrasında dərs deyirdi.

Həmkarlarının xatirələrində o, tələbələrlə ünsiyyət qurmağı bacaran, müasir beynəlxalq prosesləri dərslərdə geniş müzakirə edən gənc müəllim kimi xarakterizə olunur.

Akademik fəaliyyət niyə yarımçıq qaldı?

1987-ci ildə SSRİ rəhbərliyində baş verən siyasi dəyişikliklər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosundan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması ilə nəticələndi.

Bu hadisələr İlham Əliyevin də akademik fəaliyyətinə təsirsiz ötüşmədi. O, bir müddət sonra MQİMO-dakı müəllimlik fəaliyyətini başa vurdu və sonrakı illərdə başqa sahələrdə çalışmağa başladı.

İllər sonra eyni auditoriyalara qayıdış

Aradan uzun illər keçəndən sonra İlham Əliyev artıq Azərbaycan Prezidenti kimi vaxtilə təhsil aldığı və dərs dediyi MQİMO-ya yenidən qayıtdı.

Ali məktəbin rəhbərliyi və müəllimləri ilə görüş zamanı o, Moskva illərini həyatının ən yaddaqalan dövrlərindən biri kimi xatırladı. Prezident həmin görüşə vaxtilə onunla birlikdə çalışan müəllimləri, o cümlədən müxtəlif elmi müzakirələrdə fərqli mövqe tutmuş şəxsləri də dəvət etmişdi.

İlham Əliyevin siyasi fəaliyyəti sonrakı illərdə onun bioqrafiyasının əsas hissəsinə çevrilsə də, MQİMO-da keçən elmi dövr ayrıca diqqətə layiqdir. Xüsusilə də Böyük Britaniyanın Liberal Partiyasına həsr etdiyi dissertasiya sovet dövrünün akademik mühitində seçilən tədqiqatlardan biri kimi xatırlanır.

Bu fakt göstərir ki, onun siyasi karyerasından əvvəlki fəaliyyəti yalnız təhsil almaqla məhdudlaşmayıb, beynəlxalq siyasi tarix üzrə elmi araşdırmalar və pedaqoji fəaliyyətlə də zəngin olub. Bu isə Prezident İlham Əliyevin bioqrafiyasının geniş oxucu kütləsinə az məlum olan, lakin maraqlı tarixi səhifələrindən biridir.

X.SƏFƏRLİ

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 İyul 2026 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri