Icma.az
close
up
RU
Azərbaycan Hindistan: Qlobal Cənub həmrəyliyindən yeni düzənə

Azərbaycan Hindistan: Qlobal Cənub həmrəyliyindən yeni düzənə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı–Dehli münasibətlərinin geosiyasi yönlərinə baxış

Prezident İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edərkən, Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən bu platforma ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdiklərini vurğuladı. Görüşdə mövcud xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Müzakirəyə nəzərən belə qənaətə gələ bilərik ki, Azərbaycan–Hindistan münasibətləri özündə daha geniş geosiyasi mənanı daşıyır.

Bəli, Qlobal Cənub amilinin xüsusi vurğulanması adi məsələ deyil. Bu vurğulanma ölkəmizin xarici siyasətində yeni beynəlxalq reallıqların nəzərə alındığını göstərən mühüm məqamdır. Yəni Qlobal Cənub artıq xarici siyasətimizdə başlıca istiqamətdir. Deməli, Azərbaycan özünü yalnız Cənubi Qafqaz dövləti deyil, sözügedən platforma ölkələri ilə ortaq maraqlara malik və həmin ölkələrin problemlərinə münasibətdə fəal mövqe nümayiş etdirən məmləkət kimi göstərir. Mövcud ampluanın isə əməli fəaliyyət müstəvisi var. Yada salaq ki, ölkəmiz ötən ilin aprelində Qlobal Cənub QHT Platformasının təsis konfransına evsahibliyini reallaşdırmış, Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlamış, Azərbaycanı bu platformanın güclü səsi olaraq dəyərləndirmişdi.

Bəs Qlobal Cənub ölkələrinin problemləri nədən ibarətdir? Ümumən, Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqlilikləri var. Azərbaycan hazırda fəal diplomatik vasitələrlə bunu aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün əzmlə çalışır və dövlətimizin başçısı sözügedən müraciətində məsələyə toxunmaqla yanaşı, bu fikri də diqqətə çatdırıb: “Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik”.

Qlobal Cənubun problemlərindən biri mövcud platformanı təmsil edən bir sıra ölkələrin hələ də bəzi Qərb ölkələrinin yürütdükləri neokolonializm siyasətindən əziyyət çəkmələridir. Həm də bu siyasətin təsiridir ki, həmin ölkələr beynəlxalq münasibətlər sistemində qərarların qəbulunda yetərincə təmsil olunmurlar. Mövcud məqamı Prezident İlham Əliyev ötən ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibəsində də vurğulamışdı. Dövlətimizin başçısı bildirmişdi ki, Asiya, Afrika və Latın Amerikasını əhatə edən Qlobal Cənub BMT üzvlərinin təxminən üçdəikisini, dünya əhalisinin, təxminən, 80 faizini, qlobal ÜDM-in, təxminən, 50 faizini və beynəlxalq ticarətin, təxminən, yarısını təşkil etsələr də, dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamının formalaşdırılmasında iştirakları zəifdir. Deməli, ölkələrin siyasi və iqtisadi çəkilərinə uyğun olmayan mənzərə aradan qalxmalıdır. Onu da nəzərə alaq ki, Hindistan Qlobal Cənubun ən böyük və nüfuzlu dövlətlərindəndir.

***

Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri ilə görüşündə siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni və humanitar sahələrin sadalanması da təsadüf sayılmamalıdır. Aydındır ki, bu, Bakı–Dehli münasibətlərinin yalnız diplomatik səviyyədə saxlanılmasının deyil, çoxşaxəli strateji tərəfdaşlığa çevrilməsinin mümkünlüyünə işarədir. Xüsusilə yüksək texnologiyalar məsələsinin vurğulanması diqqətəlayiqdir. Çünki Hindistan rəqəmsal texnologiyalar və xidmətlər, kosmik sənaye və süni intellekt sahəsində böyük potensiala malikdir. Azərbaycan isə özünü regional logistika, enerji, rəqəmsal bağlantı və nəqliyyat qovşağı kimi mövqeləndirir. Deməli, Hindistanın texnoloji potensialı ilə Azərbaycanın regional bağlantı imkanlarının uzlaşdırılması üçün perspektivlər var.

Prezident İlham Əliyevin Hindistan rəsmisi ilə görüşündə Bakının və Dehlinin Qlobal Cənubun üzvləri kimi, beynəlxalq gündəmin bir sıra məsələlərinə dair oxşar maraqlardan çıxış etdiklərini bildirilməsi də müstəsna məqamdır. Əlbəttə, bu deyimdə söhbət heç də bütün məsələlər üzrə eyni mövqedən çıxış mütləqliyindən yox, daha çox beynəlxalq sistemin necə işləməli olduğuna dair müəyyən ümumi yanaşmalardan gedir. Məsələn, dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn universal tətbiqi, ərazi bütövlüyü prinsipinin selektiv yanaşmadan kənar tutulması, beynəlxalq təşkilatlarda daha ədalətli təmsilçilik, həmçinin inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınması, qlobal iqtisadi münasibətlərdə balanslı yanaşma kimi prinsiplər vurğulanmalıdır.

Qeyd edək ki, sadaladığımız aspektlər ədalətli beynəlxalq münasibətlər sistemi ilə əlaqədar Azərbaycan diplomatiyasının son illər irəli sürdüyü tezislərlə uzlaşır. Prezident İlham Əliyev ötən ilin aprelində Çinin CGTN telekanalına müsahibəsində Qoşulmama Hərəkatının Bandung prinsiplərini sadalayarkən suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, bərabərlik, çoxtərəflilik, heç bir ölkənin və ya qrupun dominantlığına yol verməmək prinsiplərini Azərbaycanın mövqeyinə yaxın prinsiplər qismində dəyərləndirmişdi. O prinsiplər ki, ölkəmizin Qlobal Cənubla münasibətlərinin ideoloji-siyasi dayaqlarındandır.

Üzərində dayanılmalı daha bir məqam Azərbaycan üçün Hindistan – Qlobal Cənub – Asiya üçbucağıdır. Mövcud məqamda ölkəmizin coğrafi mövqeyi xüsusi siyasi anlam qazanır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Hindistan isə Cənubi Asiyanın nəhəng iqtisadi və siyasi gücüdür. Deməli, iki ölkənin əməkdaşlığının inkişafı təkcə Bakı–Dehli münasibətlərinin genişlənməsi deyil, Cənubi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında yeni əlaqə imkanlarının yaranması baxımından önəm daşıyır.

Azərbaycanın “Orta güc” kimi fəallaşması üzərində də dayanılmalıdır. Son dövrlər ölkəmizin xarici siyasətində yalnız böyük güclərlə münasibətlər yox, Asiyanın aparıcı dövlətləri ilə çoxtərəfli əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi də diqqət çəkir. Dövlətimizin Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFEM) və digər çoxtərəfli platformalarda apardığı diplomatik təmaslar da vurğuladığımız mənzərənin tərkib hissəsidir. Yəni Hindistanla münasibətlərin Qlobal Cənub kontekstində təqdimatı, əslində, Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun davamı kimi şərh oluna bilər.

***

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 16-da Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Abhay Kumarla görüşdə iki xalq arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğunu bildirmiş, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdi. Cəmi bir həftə sonra – oktyabrın 23-də Hindistanın xarici işlər nazirinin Bakıya səfəri və Prezident tərəfindən qəbul edilməsi diplomatik təmasların daha yüksək siyasi intensivlik qazandığını göstərir. Bu detal münasibətlərdə siyasi dialoqun yuxarı səviyyədə də davam etdiyini göstərən mühüm göstəricidir.

Əlbəttə, Azərbaycan üçün münasibətlərdə iqtisadi komponent xüsusilə önəmlidir. Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri S.Cayşankar ilə görüşündə iqtisadiyyat və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyinin ayrıca vurğulanması da göstərir ki, söhbət yalnız siyasi dialoqdan getmir. Deməli, burada Azərbaycan üçün Hindistanın nəhəng bazarı, Hindistan üçün isə Azərbaycanın nəqliyyat+logistika+enerji+regional bağlantı+Avropa bazarlarına çıxışı amili var. Nəzərə alaq ki, bütün bu dividendlər münasibətlərin gələcək mərhələsində siyasi əlaqələri iqtisadi məzmunla doldura biləcək əsas istiqamətlərdəndir.

Sonda yenidən Qlobal Cənub xüsusuna nəzər salaq. Əlbəttə, məsələyə geniş rakursdan yanaşsaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünün ayrıca geosiyasi subyekt kimi təqdimatı da önəmli faktordur. Yəni Bakı yalnız “Cənubi Qafqaz məsələləri” haqqında danışan statusda deyil. Azərbaycan özünü Cənubi Qafqaz–Türk dünyası–Avrasiya–Qlobal Cənub xətti üzrə təqdim edir və mövcud zəncirdəki vacibliyini əməli fəaliyyət müstəvisində sübuta yetirir, fəal diplomatik aktor missiyasını daşıyır. Hindistanla münasibətlərin məhz Qlobal Cənub çərçivəsində xarakterizə edilməsi Azərbaycanın dəyişən dünya nizamında öz diplomatik çəkisini artırmaq, Asiyanın aparıcı gücləri ilə daha sıx əməkdaşlıq qurmaq və beynəlxalq gündəmin formalaşmasında fəal iştirak strategiyasının mühüm elementlərindəndir.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri