Icma.az
close
up
RU
İlham Əliyev və Zəngəzur dəhlizi: Azərbaycan Ermənistan münasibətlərində yeni strateji reallıq

İlham Əliyev və Zəngəzur dəhlizi: Azərbaycan Ermənistan münasibətlərində yeni strateji reallıq

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Qafqazda son illərdə formalaşan geosiyasi reallıqlar regionun siyasi davranış modelini köklü şəkildə dəyişib.

Bu sözləri XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

"Bu dəyişimin əsas mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı yeni regional liderlik konsepsiyası dayanır. Bu liderlik artıq yalnız Azərbaycanın milli maraqlarının müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin gələcək trayektoriyasını müəyyən edən əsas amilə çevrilir. Bu kontekstdə Zəngəzur dəhlizi iki ölkə arasında uzun illər davam edən qarşıdurma tarixində yeni, strateji mərhələnin açarına çevrilib.

Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası və ölkənin faktiki coğrafi bütövlüyünün tamamlanması deməkdir. Azərbaycan bu dəhlizi beynəlxalq razılaşmalar, üçtərəfli sənədlər və regional əməkdaşlıq çərçivəsində reallaşdırmağa çalışır. Bu yanaşma Ermənistanın daxili siyasi diskursunda da ciddi dəyişikliklərə səbəb olub. İrəvan getdikcə daha açıq şəkildə anlayır ki, Zəngəzurdan imtina etmək təkcə Azərbaycana deyil, ilk növbədə Ermənistanın özünün uzunmüddətli maraqlarına ziddir. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan münasibətlərində etimadın bərpası üçün də mühüm sınaqdır. Bu layihə həyata keçərsə, tərəflər arasında ilk dəfə real iqtisadi asılılıq formalaşacaq. İqtisadi asılılıq isə Cənubi Qafqaz kimi həssas regionda siyasi sabitliyin ən effektiv mexanizmlərindən biridir. Prezident İlham Əliyevin bu məsələdə irəli sürdüyü yanaşma klassik sülh müqavilələrindən fərqli olaraq, kağız üzərində deyil, real layihələr üzərindən etimad qurmağa hesablanıb. Ermənistan üçün Zəngəzur dəhlizi eyni zamanda geosiyasi status məsələsidir. Dəhliz açıldıqda Ermənistan tranzit ölkə kimi regional iqtisadi sistemə inteqrasiya oluna, əks halda isə marşrutlardan kənarda qalmaq riski ilə üzləşə bilər. Bu reallıq Prezident İlham Əliyevin regional liderliyinin daha bir aspektini üzə çıxarır: O, Ermənistanı məğlub tərəf kimi deyil, seçim etməli olan regional aktor kimi qarşısına qoyur. Zəngəzur dəhlizi bu siyasətin mərkəzi elementi kimi çıxış edir.  Nəticə etibarilə, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sadəcə texniki nəqliyyat layihəsi deyil, postmünaqişə dövrünün strateji yol xəritəsidir. Prezident İlham Əliyevin liderliyi bu dəhlizi hərbi qarşıdurmadan sülhə keçidin real mexanizminə çevirir. Bu yanaşma Cənubi Qafqazda yeni regional nizamın əsasını qoyur və Azərbaycanın bu prosesdə aparıcı rolunu daha da möhkəmləndirir.

Azərbaycan, Türkiyə və Türk dünyası mərkəzli yeni geosiyasi arxitektura Zəngəzur dəhlizi isə bu liderliyin həm simvolu, həm də praktik nəticəsidir. Azərbaycan üçün Zəngəzur dəhlizi Naxçıvanla birbaşa quru əlaqəsinin təmin olunması və ölkənin faktiki coğrafi bütövlüyünün tamamlanması anlamına gəlir. Lakin Prezident İlham Əliyevin siyasi baxışı bu məsələni yalnız milli çərçivədə saxlamır.

O, Zəngəzuru postmüharibə dövründə regional sülhün və əməkdaşlığın əsas iqtisadi dayağı kimi təqdim edir. Məhz bu yanaşma dəhlizi lokal mübahisə mövzusundan çıxararaq beynəlxalq nəqliyyat və geosiyasi layihə səviyyəsinə yüksəldib. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan münasibətlərində də köklü dəyişiklik yaradır",-deyə S.Karakılıç deyib.

Səlçuk Karakılıç onu da əlavə edib ki, Zəngəzur dəhlizi Türkiyə üçün də strateji miqyasda geniş anlam daşıyır: "Türkiyə  bu dəhlizi Azərbaycanla qardaşlıq münasibətlərinin fiziki və geosiyasi davamı kimi görür. Zəngəzur dəhlizi açıldıqda Türkiyə birbaşa Naxçıvan üzərindən Azərbaycanla, daha sonra isə Xəzər hövzəsi və Orta Asiya ilə quru bağlantısı əldə edir. Bu, Türkiyənin Türk dünyasına yönəlik siyasətini simvolik səviyyədən real geosiyasi və iqtisadi mərhələyə keçirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinə açıq dəstək də məhz bu strateji baxışın nəticəsidir. Türkiyə baxımından Zəngəzur eyni zamanda Orta Dəhlizin tamamlanması deməkdir. Çin-Avropa ticarət marşrutlarında alternativ yol kimi dəyərləndirilən Orta Dəhliz Zəngəzur vasitəsilə daha qısa, təhlükəsiz və dayanıqlı xəttə çevrilir. Bu isə Türkiyəni Avrasiyada logistika və tranzit mərkəzlərindən birinə çevirə bilər. Türk dünyası üçün Zəngəzur dəhlizi ideoloji birlik anlayışının real infrastruktura çevrilməsidir. İllərlə siyasi və mədəni platformalarda vurğulanan Türk dünyası inteqrasiyası bu dəhliz vasitəsilə iqtisadi, nəqliyyat və strateji məzmun qazanır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri üçün Zəngəzur Avropa bazarlarına çıxışı sürətləndirən, regiondaxili ticarəti artıran və geosiyasi çəkini gücləndirən əsas arteriyaya çevrilə bilər. Bu baxımdan Prezident İlham Əliyev Türk dünyasının inteqrasiya prosesində yalnız iştirakçı deyil, istiqamətverici lider kimi çıxış edir. Nəticə etibarilə, Zəngəzur dəhlizi təkcə bir nəqliyyat layihəsi deyil. Bu dəhliz Azərbaycan üçün suverenliyin tamamlanması, Ermənistan üçün daxili siyasi transformasiya, Türkiyə üçün strateji dərinlik, Türk dünyası üçün real inteqrasiya, region üçün isə yeni əməkdaşlıq arxitekturasıdır. Prezident İlham Əliyevin regional liderliyi məhz bu çoxqatlı prosesi idarə etmək bacarığında təcəssüm edir. Cənubi Qafqazın gələcək siyasi və iqtisadi xəritəsi bu dəhliz üzərindən yenidən cızılır və bu xəritənin əsas memarlarından biri Prezident İlham Əliyevdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri