İlham Əliyevdən NATORusiya toqquşması ssenarisi ilə bağlı AÇIQLAMA VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mən hər halda ümid edirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gəlib çatmayacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.
“Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və təbii ki, regionlarla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini anlayır. İkincisi, mən hələ də ümid edirəm ki, ABŞ-da administrasiya dəyişikliyi ilə həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci dövrdəki prezidentlik təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçki kampaniyasının birinci dövründə və ondan sonrakı dövrdə verdiyi bəyanatlar buna ümid etməyə imkan verir. Ona görə də NATO və Rusiyanın qaynar müharibədə bir araya gələcəyi ssenarisini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etmək kimidir.
Aydındır ki, bu müharibədə qaliblər olmayacaq. Heç bir ölkə, hətta NATO regionundan və ya Rusiya ərazisindən uzaqda olsa belə, özünü təhlükəsiz hiss etməyəcək. Düşünürəm ki, Vaşinqtonda və Moskvada, eləcə də digər paytaxtlarda kifayət qədər siyasi müdriklik var ki, belə bir qorxulu ssenarinin gerçəkləşməsin”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















