Icma.az
close
up
RU
İlham Əliyevin BMT Baş Assambleyasındakı 2025 ci il çıxışının geosiyasi və beynəlxalq hüquq kontekstində təhlili

İlham Əliyevin BMT Baş Assambleyasındakı 2025 ci il çıxışının geosiyasi və beynəlxalq hüquq kontekstində təhlili

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin 25 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışla beynəlxalq ictimaiyyətə, xüsusilə də postmünaqişə dövrünün siyasi və hüquqi reallıqlarına dair mühüm mesajlar verdi. Bu çıxış yalnız Azərbaycanın regional siyasətinə dair strateji mövqeyini deyil, həm də beynəlxalq hüquq, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və qlobal humanitar əməkdaşlıq kontekstindəki yanaşmalarını əks etdirdi.
Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə, hərbi cinayətlər və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı idi. Ermənistanın təqribən 30 il ərzində Azərbaycanın 20%- ərazisini işğal altında saxlaması və bir milyonadək azərbaycanlının didərgin salınması BMT qətnamələrinin kobud şəkildə pozulması faktı kimi təqdim edildi.
Bu baxımdan çıxışda vurğulanan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin icra edilməməsi, beynəlxalq hüququn icra mexanizmlərinin zəifliyi və ikili standartlar problemi bir daha diqqətə çatdırıldı. Bu, dövlətlərin suverenliyinin qorunması məsələsində beynəlxalq sistemin daha səmərəli və selektiv olmayan yanaşma tərzinin formalaşdırılmasına çağırış kimi də dəyərləndirilə bilər.
Azərbaycanın 2020-ci ildə hərbi əməliyyatlar vasitəsilə öz ərazi bütövlüyünü bərpa etməsi, ardınca isə sülh quruculuğu istiqamətində atdığı addımlar çıxışın əsas struktur elementlərindən birini təşkil edirdi. Xüsusilə, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə təqdim etdiyi beş prinsip əsasında sülh sazişi layihəsi, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş sammitin nəticələri və sülh müqaviləsinin paraflanması beynəlxalq ictimaiyyətə sülh təşəbbüskarının kim olduğunu göstərmək məqsədi daşıyırdı.
Sülh müqaviləsinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanması və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi regional münaqişələrin ikitərəfli və regional yanaşmalarla həllinə yönəlmiş yeni beynəlxalq trendlərin nümunəsi kimi təqdim olundu.
Çıxışın önəmli hissələrindən biri də “Tramp Marşrutu” (TRIPP) adlanan yeni regional bağlantı layihəsinə həsr olundu. Bu təşəbbüs yalnız fiziki nəqliyyat marşrutu deyil, həm də davamlı sülh və iqtisadi inteqrasiya vasitəsi kimi təqdim edildi. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla, daha geniş mənada isə Mərkəzi Asiya və Avropa ilə birləşdirilməsi regionda kommunikasiya strukturunun yenidən formalaşmasının əlamətidir.
TRIPP layihəsi sülhün infrastruktur vasitəsilə təşviq edilməsi konsepsiyasının parlaq nümunəsi kimi qiymətləndirilə bilər və bu baxımdan digər regional münaqişələr üçün presedent təşkil edə bilər.
Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi və iqlim maliyyəsi üzrə "Bakı Maliyyə Hədəfi"nin qəbul edilməsi ölkənin qlobal ekoloji gündəmdə özünü lider kimi təqdim etməyə çalışdığını göstərdi.
Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) illik 300 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi, karbon emissiyası ilə bağlı Paris Sazişinin 6-cı maddəsinin çərçivəsinin tamamlanması və İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması beynəlxalq iqlim siyasətində Azərbaycanı təşəbbüskar ölkəyə çevirir.
Bu kontekstdə Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizədə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq niyyətində olduğunu nümayiş etdirdi.
Prezident Əliyev çıxışında enerji təhlükəsizliyini regional sabitliyin və iqtisadi inkişafın ayrılmaz hissəsi kimi təqdim etdi. Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi, boru kəməri şəbəkələrinin genişlənməsi və Suriyaya qaz tədarükü məsələləri, Azərbaycanın enerji diplomatiyasını təkcə iqtisadi deyil, həm də geosiyasi alətə çevirdiyini göstərir.
Bərpaolunan enerji mənbələrinə yönəlmiş siyasət və 2030-cu ilə qədər enerji istehsalının 40%-nin bu mənbələr hesabına təmin olunması planı yaşıl keçidə yönəlmiş strateji baxışın göstəricisidir.
Çıxışda yoxsulluğun və işsizliyin 5%-ə endirilməsi, valyuta ehtiyatlarının yüksək səviyyəsi və xarici borcun ÜDM-ə nisbətinin 6.5% olması Azərbaycanın iqtisadi sabitliyə nail olduğunu göstərir.
"Moody's" və "Fitch" kimi beynəlxalq reytinq agentliklərinin pozitiv qiymətləndirmələri ölkənin investisiya mühitinin əlverişli olduğunu təsdiqləyir.
Xəzər dənizinin su səviyyəsinin azalması məsələsi Prezident tərəfindən regional təhlükə kimi dəyərləndirildi. Problemin əsas səbəbinin iqlim dəyişikliyindən çox insan fəaliyyətləri ilə bağlı olduğu qeyd edilərək, BMT və Xəzəryanı dövlətlər arasında sıx əməkdaşlıq çağırışı edildi.
Bu çağırış, ətraf mühitin mühafizəsində regional kollektiv cavabların vacibliyinə diqqət çəkir.
Azərbaycanın 80-dən çox ölkəyə pandemiya zamanı yardım göndərməsi və azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramının həyata keçirilməsi ölkənin humanitar siyasətinin həm regional, həm də qlobal miqyasda fəallığını göstərir.
Minaların yaratdığı təhlükələr və 400-dən çox insanın mina partlayışları nəticəsində həlak olması, münaqişədən sonrakı mərhələdə beynəlxalq dəstəyə ehtiyac duyulan sahələrdən biri kimi təqdim olundu.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın postmünaqişə dövründə təkcə ərazi bütövlüyünü deyil, həm də regional sabitliyi, sülhü və inkişafı təmin etmək niyyətində olduğunu nümayiş etdirdi.
O, beynəlxalq hüquqa sadiqlik, ikili standartlara qarşı çıxış və inklüziv əməkdaşlıq çağırışları ilə yeni dünya nizamında ədalətin, hüququn və qarşılıqlı hörmətin əsas dəyərlər kimi qəbul edilməsinə çağırdı.
Bu çıxış Azərbaycan diplomatiyasının transformasiya dövrünə daxil olduğunu, ölkənin qlobal aktor olma iddiasını və beynəlxalq arenada prinsipial mövqeyini aydın şəkildə ortaya qoydu.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri