Icma.az
close
up
RU
“Avtomobil idarə edərkən danışmaq göz hərəkətlərini yavaşladır”

“Avtomobil idarə edərkən danışmaq göz hərəkətlərini yavaşladır”

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hətta dinamiklə danışmaq belə koqnitiv gərginlik yaradır...

...Fujita Səhiyyə Elmləri Universitetinin alimləri aşkar ediblər ki, maşın sürərkən danışmaq idrak yükü yaradır.

Və təhlükəsiz sürücülük üçün vacib olan göz hərəkətlərini yavaşladır.

SİA xəbər verir ki, tədqiqatın nəticələri PLOS ONE jurnalında dərc edilib.

Sürücü maşın sürərkən baxışları daim və sürətlə təhlükələri müəyyən etmək üçün dəyişir. Yolda qərar qəbul etmək üçün lazım olan məlumatların təxminən 90 faizi görmə yolu ilə əldə edilir.

Lakin, indiyə qədər danışmağın yalnız reaksiya vaxtına və ya ümumiyyətlə diqqətə deyil, həm də vizual emalın ən erkən mərhələlərinə - göz hərəkətlərinə təsir edib-etmədiyi məlum deyildi.

Bunu müəyyən etmək üçün tədqiqatçılar 30 sağlam yetkin üzərində təcrübə aparıblar. Könüllülər səkkiz istiqamətdə mərkəzi nöqtədən periferik hədəflərə sürətli göz hərəkətləri tələb edən bir tapşırıq yerinə yetiriblər.

Tapşırıq üç şəraitdə yerinə yetirilib: söhbət zamanı, mətni dinləyərkən və əlavə iş yükü olmadan...

Danışıq rejimində iştirakçılar ümumi və şəxsi sualları cavablandırıblar; dinləmə rejimində isə ədəbi mətndən parçalar dinləyiblər.

Təhlil göstərdi ki, passiv dinləmə əvəzinə söhbət göz hərəkətinin bir neçə mərhələsində davamlı gecikmələrə səbəb olur.

İştirakçılara baxış hərəkətlərinə başlamaq, hədəflərə fokuslanmaq və sonra baxışlarını sabitləşdirmək üçün daha çox vaxt lazım idi. Mətn dinləyərkən və ya nəzarət şəraitində belə təsirlər müşahidə olunmadı.

...Hər bir fərdi gecikmə kiçik olsa da, real həyatda sürücülük şəraitində onlar toplana və piyadaların, maneələrin və ya digər təhlükəli obyektlərin gec aşkarlanmasına səbəb ola bilər.

Bu, xüsusilə vacibdir, çünki sürücülər yol vəziyyətini qiymətləndirmək üçün tez-tez baxışlarını aşağı və ya yan tərəfə çevirməli olurlar, - deyə alimlər izah etdilər.

Müəlliflər vurğulayırlar ki, söhbət sürücülük təhlükəsizliyinə təsir edən yeganə amil deyil.

Lakin, tədqiqat göstərir ki, hətta dinamiklə danışmaq belə tanıma və qərar qəbuletmə mərhələlərindən əvvəl vizual performansı hiss olunmaz dərəcədə poza bilər.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri