Icma.az
close
up
RU
“İlham Əliyevin bütün səyləri sülh və sabitlik olmasına yönəlib” Göydəniz Qəhrəmanov

“İlham Əliyevin bütün səyləri sülh və sabitlik olmasına yönəlib” Göydəniz Qəhrəmanov

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. O cümlədən 2023-cü il iyul ayının 21-də Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bu qədim Azərbaycan şəhərində Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər. Bu il isə, iyul ayının 19-da artıq “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Əvvəlki iki tədbirdən fərqli olaraq bu ilki Forum Xankəndidə, yeni tikilmiş Konqres Mərkəzində keçirilir. Bu da daha bir qədim Azərbaycan şəhərinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfədir. Forumun açılış mərasimində iştirak edən cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu tədbir artıq ənənəvi xarakter alıb. Demək lazımdır ki, Media Forumunun gedişində Ölkə Prezidenti cənab İlham Əliyevə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Digər tərəfdən isə, dünyanın aparıcı KİV-lərinin təmsilçiləri planetin müxtəlif bölgələrində gedən proseslərə dair Azərbaycan Prezidentinin rəyini, bu məsələlərlə bağlı ölkəmizin mövqeyini öyrənməklə Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmiş oldular”.

Bunu Sfera.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin COP29-a ev sahibliyi etməsilə bağlı ona ünvanlanan sualı cavablandırarkən ifadə etdiyi fikirlər ölkəmizin yaşıl gündəliyinin daha geniş auditoriyaya tanıdılması baxımından da son dərəcə böyük önəm daşıyır:

“Londonda yerləşən “Economyfirst Limited”in direktorunun COP29-un irsi ilə bağlı sualını cavablandıran cənab Prezident İlham Əliyev ilk növbədə Azərbaycanın ekologiyaya hörmətlə yanaşan ölkə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edilmir. Həmçinin Azərbaycanın yaşıl gündəliyinin çox geniş olduğunu vurğulayan dövlət başçımız 2030-cu ilə qədər ən azı 6 giqavatlıq yaşıl enerjinin, o cümlədən Günəş, külək və su elektrik enerjisinin istehsal ediləcəyini anonsladı. Diqqətəlayiq haldır ki, məhz su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Bu ərazilərdə artıq ümumi gücü 280 meqavat olan 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Cənab Prezident İlham Əliyev iqlim dəyişikliyi ilə bağlı yaranan qlobal fəsadların aradan qaldırılmasının ümumbəşəri vəzifə olduğunu qeyd edərək, eyni zamanda da, ətraf mühit böhranına ən çox rəvac verənlərin bu yükü daha çox öz üzərinə götürmələrinin vacibliyini də xüsusi vurğuladı”.

G.Qəhrəmanov bildirib ki, cənab Prezident İlham Əliyevin sülh gündəliyinə dair səsləndirdiyi fikirlər də forumun diqqətçəkən məqamlarından biri oldu:

“Qonşu Gürcüstandan “Qafqaz xəbərləri” kanalının müəllifi və aparıcısı Qela Vasadzenin Azərbaycan və Ermənistan münasibətlərinin perspektivlərinə dair sualını cavablandırakən cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılır. O cümlədən Abu Dabidə keçirilmiş ikitərəfli görüş zamanı müzakirə edilən məsələlər sülh prosesini yaxınlaşdırır. Azərbaycanın irəli sürdüyü haqlı tələblər – Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi – iki ölkə arasında sülhün təmin olunması üçün əsas şərtlərdir. Həqiqətən də, əgər Ermənistan münaqişənin bitdiyini qəbul edirsə, bu zaman Minsk qrupunun mövcudluğuna da artıq heç bir ehtiyac olmadığı ilə razılaşmalıdır. Dövlət başçımızın dediyi kimi, bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər və bundan sonra Cənubi Qafqaz sülh, sabitlik və inkişaf məkanı olacaq” .

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri