Icma.az
close
up
RU
İlham Rəhimov nə iş görür, bilmirik, amma Rusiyanın geri çəkilməsi Azərbaycanın Ali Baş Komandanının iradəsi ilə baş verir Tahir Kərimli

İlham Rəhimov nə iş görür, bilmirik, amma Rusiyanın geri çəkilməsi Azərbaycanın Ali Baş Komandanının iradəsi ilə baş verir Tahir Kərimli

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini çox həyasızcasına həbs etmişdilər. O, azadlıqdan məhrum edilmək təhlükəsi qarşısında idi, lakin sərbəst buraxıldı. Bu ərəfədə porfessor İlham Rəhimovun Yekaterinburqla əlaqə saxlaması, imkanları daxilində məsələlərə müdaxilə etməsi, araşdırma aparması barədə verdiyi müsahibə ilə tanış olduq. İlham müəllim nə iş görür, bunu bilmirik. Hamı bilir ki, İlham Rəhimov Vladimir Putinlə tələbə yoldaşı olub. Yəqin, şəxsi münasibətlər üzərində müəyyən qədər iş görə bilir. Lakin dəqiq bildiyimiz bir şey var, bütövlükdə Rusiya dövlətinin, hökumətinin və istintaqının müəyyən güzəştlərlə geri çəkilməsi Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin və onu müdafiə edən Azərbaycan xalqının iradəsi ilə baş verir".

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

"Xalq öz Prezidentini dəstəkləməsə idi, Prezident iradə nümayiş etdirməsə idi, Rusiya bu qədər qınına çəkilməz, geriyə durmazdı. Hadisə ilk baş verəndə Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Azərbaycan əleyhinə aqressiv münasibətini gördük. Lakin həmin Dumanın Xarici Siyasət Komitəsinin sədr müavini açıq bildirir ki, Azərbaycanla münasibətləri yoluna qoymaq istəyirlər və geri çəkilirlər. Yekaterinburqda artıq 50-dən çox azərbaycanlı saxlanılıb, istintaqa aparılır. Azərbaycan hökuməti kifayət qədər tədbirlər görür, səfirliyinə tapşırıqlar verir, səfirimiz Azərbaycan dövləti adından Rusiyanın dövlət orqanlarına müraciət edir, münasibətlərin aydınlaşdırılması barədə məsələləri ortaya qoyur. Hiss olunur ki, Rusiya əməlinə görə peşmançılıq çəkir, amma öz xasiyyətindən də geri dönmür. Çünki özlərinin hakimiyyətdaxili mübarizələri pik həddə çatıb. Keçmişdə hansısa mübahisə olub, indi də davam edir. Diaspor təşkilatları üzərində nəzarəti hər kəs öz əlinə almaq istəyir. Azərbaycan diasporu da Azərbaycan hakimiyyəti ilə sıx bağlıdır, əlaqəlidir, mədəni muxtariyyət çərçivəsində fəaliyyət göstərir. Azərbaycan dövləti həmişə öz vətəndaşlarının, eyni zamanda Azərbaycan soyköklü insanların keşiyində durur, diaspor sədrinin buraxılması da bunun bariz nümunəsidir", — o bildirib.

Qeyd: Sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi istifadəçilər özünü Rusiya prezidenti Vladimir Putinə yaxın şəxs kimi təqdim edən azərbaycanlı iş adamı İlham Rəhimovu Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sərbəst buraxılmasının səbəbkarı kimi təqdim edirlər.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 İyul 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see162

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see151

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see148

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see146

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see143

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see128

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see126

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see123

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see123

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see118

Hüseyn onlara səsləndi: Bir də borc istəməyin!

01 İyul 2025 06:09see117

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see116

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see113

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see112

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see112

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri