Icma.az
close
up
RU
“Zaltsburq” “Real”a problem yarada bilmədi

“Zaltsburq” “Real”a problem yarada bilmədi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real”ın son tur ərəfəsində qrupdakı durumu qənaətbəxş idi.

"Football-plus.az" xəbər verir ki, liderliyi təmin etmək üçün “Zaltsburq”a uduzmamaq kifayət edirdi. Amma Xabi Alonsonun komandası ümidləri artıqlamasıyla doğrultdu. Cəzalı Asensionun yerinə start heyətində Rüdiger meydana çıxmışdı. Gənc müdafiəçinin bu turnirdəki səhvlərini nəzərə alsaq, Rüdigerin oynaması “kral klubu” üçün daha yaxşı variant oldu.
Bundan başqa, Madrid nəhəngi ilk dəfə Xabi Alonsdonun sevimli taktikası – 3 mərkəz müdafiəçili sistemlə oynadı. Pressinqdən əla istifadə edən və topu itirən kimi onu dərhal geri qaytarmağa çalışan “Real”ın üstünlüyü fasilə ərəfəsində bəhrəsini verdi. Vinisius 5 dəqiqə aralığında avstriyalıların müdafiəsini tar-mar etdi. O əvvəlcə özü fərqləndisə, çox keçmədən gözəl daban ötürməsi ilə Valverdenin fərqlənməsinə şərait yaratdı. “Blankos” 2-ci hissədə təzyiqi bir qədər azaltsa da, “Zaltsburq” heç təsəlli qolunu da vura bilmədi. Hərçənd komandanın ən azı bir qol vurmaq üçün yaxşı fürsətləri var idi. Sona yaxın fərq darmadağın həddinə çatdı. Mbappenin yoxluğunda növbəti dəfə start heyətində oynamaq şansı qazanan Qonsalo Qarsiya yekun nəticəni müəyyənləşdirdi.
Bu turnirdə o artıq 3 qolun vurulmasında yaxından iştirak edib (2 qol, 1 məhsuldar ötürmə). 2013-cü ildən bəri “Real”da yalnız bir futbolçu - Cud Bellingem ilk 3 rəsmi matçın hər birində ən azı bir qolun vurulmasına töhfə vermişdi. Beləliklə, “Real” qrupu zirvədə tamamladı. Əvvəlki formatı da nəzərə alsaq, madridlilərin bu turnirdə məğlubiyyətsiz seriyası 18 oyuna çatdı (15 qələbə, 3 heç-heçə). Maraqlıdı ki, bu 15 qələbədən 12-də ən azı 2 top fərqi qeydə alınıb. Qrupun digər oyununda isə “Əl-Hilal” “Paçuka”ya heç bir şans vermədi. İlk iki turdan bərabərliklə ayrılan Səudiyyə Ərəbistanı nəhəngi meksikalıların qapısına hər hissədə bir qol vurmaqla inamlı qələbə qazandı.
H qrupu, 3-cü tur
Zaltsburq – Real 0:3 (0:2)

Zaltsburq (Avstriya): Zavişitski, Layner, Qadu, Rasmussen, Kratsiq, Diabate (Vertessen, 73), Diambu (Kyarqor, 46), Dorgeles (Onisivo, 89), Qlux, E.Baydu (S.Baydu, 89), Ratkov (Dagim, 46).
Real (Madrid, İspaniya): Kurtua, Aleksander-Arnold, Rüdiger (Ramon, 67), Çuameni, Höysen, F.Qarsiya, Valverde (Sebalyos, 74), Arda Gülər (Modriç, 67), Cud Bellingem (Dias, 82), Q.Qarsiya, Vinisius (Rodriqo, 67).
Qollar: Vinisius, 40 (0:1). Valverde, 45+3 (0:2). Q.Qarsiya, 84 (0:3).
Vərəqə: yoxdu.
Hakim: Beyda Dahan (Mavritaniya). 
26 iyun. Filadelfiya. 64811 tamaşaçı. 
Əl-Hilal – Paçuka 2:0 (1:0)
Əl-Hilal (Ər-Riyad, Səudiyyə Ərəbistanı): Bunu, Kanselo (Əl-Yami, 86), Əl-Tombakti (Layami, 77), Kulibali, Rodi (Əl-Harbi, 77), R.Neveş, N.Əl-Davsari, Malkom (Əl-Cuvayr, 86), Milinkoviç-Saviç, S.Əl-Davsari (Kanno, 76), Leonardo.
Paçuka (Meksika): Xurado, Sançes (İ.Ernandes, 77), Bauermann, Barreto (Qonsales, 57), Pereyra, Açeves, E.Montyel, Palavesino (Perasa, 77), Dominges (Urtado, 57), Kenedi (Bautista, 63), Rondon.
Qollar: S.Əl-Davsari, 22 (1:0). Leonardo, 90+5 (2:0).
Vərəqələr: Barreto, 17. Dominges, 45+1. Lodi, 45+4. Kulibali, 52 – sarı. 
Hakim: Danni Makkeli (Niderland). 
26 iyun. Neşvill. 14147 tamaşaçı. 
1. Real 3 2 1 0 7-2 7
2. Əl-Hilal 3 1 2 0 3-1 5
3. Zaltsburq 3 1 1 1 2-4 4
4. Paçuka 3 0 0 3 2-7 0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyul 2025 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri