Icma.az
close
up
RU
İlham Yadullayev: “Litva ilə matçdan öncə qələbə millimiz üçün vacib idi”

İlham Yadullayev: “Litva ilə matçdan öncə qələbə millimiz üçün vacib idi”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan millisinin Tacikistan yığması ilə yoldaşlıq görüşündə qalib gəlməsi UEFA Millətlər Liqasında Litva seçməsinə qarşı matçdan əvvəl vacib idi”.

Bu barədə millinin sabiq futbolçusu İlham Yadullayev deyib.

Mütəxəssis Tacikistanla qarşılaşmadan öncə uğur gözlədiyini bildirib.

“Qalib gəlmək sevindirici haldır. Oyunun gedişatında birinci hissə çətin alındı, hücum təşkil edə bilmirdik. Rəqib təzyiq etməyə çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Düşünürəm ki, komanda topa nəzarət etdi, hücumlar qurdu. Oyundan olmasa da, standart vəziyyətdən fərqləndik. Tural Bayramovun qolu baxımlı alındı”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, komandadakı rotasiyalara və rəqibin oyun üslubuna da toxunub:

“Oyunda rotasiyalar nəzərə çarpırdı. Milli komandada ilk dəfə heyətdə yer alan yeni oyunçular oldu, debütlərini qələbə ilə qeyd etdilər. Qarşılaşmada futbolçularımızın keyfiyyəti hiss olunurdu, komandamız səviyyəcə üstün idi. Rəqib barəsində onu deyə bilərəm ki, təzyiqli futbol oynayıb, hər epizodda əzmkarlıq göstərməyə, ikili mübarizələrdən qalib çıxmağa çalışırdılar. Ən vacib məqam Litva ilə matçöncəsi qələbə qazanmaq idi və bu, milliyə motivasiya verir”.

Mütəxəssis növbəti rəqib olan Litva seçməsi haqqında da fikirlərini bölüşüb:

“Litva kollektivinin Gürcüstan millisi ilə yoldaşlıq görüşünü izləmişdim. Çox güclü, dinamik və fiziki cəhətdən üstün komandadır. Hətta Gürcüstan yığmasına qarşı üstün futbol oynayırdılar. Gürcülər fərdi keyfiyyət hesabına 2:0 hesabı ilə qalib gəldilər. Litva kifayət qədər yaxşı rəqibdir və düşünürəm ki, ağır oyun olacaq. Baş məşqçi Ayxan Abbasov oyunçulara motivasiya verəcək. Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur, bunun sayəsində lazımi nəticəni qazana bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib. Komanda növbəti matçını UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva seçməsinə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri