Icma.az
close
up
RU
İlin ən yaxşı mətbuat xidmətləri

İlin ən yaxşı mətbuat xidmətləri

Icma.az, Milli.az saytına istinadən bildirir.

2024-cü il bir çox hadisələrlə yadda qaldı. İl boyu cəmiyyətimizi informasiya ilə təmin etmək üçün çalışan dəyərli jurnalistlərimiz üçün də gərgin iş rejimi ilə yadda qalan 2024-cü il artıq yekunlaşır. Bu ildə də jurnalistlərimiz informasiyaların cəmiyyətə çatdırılmasında əvəzsiz rol oynadılar. Təssüf ki, ilin son günlərində jurnalistlərimiz ən acı xəbəri - təyyarəmizin vurulması nəticəsində 38 nəfərin həlak olub, 29 nəfər isə yaralanması məlumatını da insanlara çatdırmalı oldular.

Sözsüz ki, jurnalistlərin fəaliyyətinin geniş bir hissəsini isə qurumların mətbuat xidmətləri ilə iş təşkil edir. 

Milli.Az xəbər portalı jurnalistlər arasında sorğu keçirərək bu il işgüzarlığı ilə fərqlənən mətbuat xidmətlərinin ilk 10-luğunu müəyyənləşdirib.

Həmin siyahını təqdim edirik:

1. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev
2. Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev
3. Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva
4. "Azərbaycan Dəmir Yolları" QSC-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev
5. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev
6. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Metin Hüseynov  
7. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova 
8. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mətbuat xidmətinin rəhbəri İlkin Kərimov
9. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
10. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Azər Sarıyev

Sorğuda iştirak edənlər arasından bəzi həmkarlarımızın fikirlərini təqdim edirik:

Report İnformasiya Agentliyinin redaktoru Səlcuq Elçin bildirib ki, ümumilikdə bu il ötən illərə nisbətən mətbuat xidmətlərinin işində canlanma hiss olundu, operativlik artdı.

"Baş Prokurorluq, DİN, FHN mətbuat xidməti sorğularımıza operativ cavab verir. Bu anlamda onlardan razıyam. Bu o demək deyil ki, digər qurumlarla işləmirəm, sadəcə olaraq sadaladıqlarım demək olar ki, hər gün və ya həftədə bir neçə dəfə danışdığım, xəbər aldığım qurumlardır. Bütün mətbuat katiblərinə də Yeni ildə daha böyük uğurlar və jurnalistlərlə daha sıx, daha məhsuldar işləməyi arzulayıram".

"Ölkə.az" saytının baş redaktoru Samir Mirzə açıqlamasında bildirib ki, jurnalistlər il boyu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlirlər.

Xüsusən informasiyanın əldə edilməsi, araşdırılması, obyektivliyin qorunması böyük əmək tələb edir və bu istiqamətdə zəhmət çəkirlər.

"Məlum olduğu kimi, jurnalistlərimiz üçün bir çox hallarda istirahət günləri də, qeyri-iş saatı məfhumu da olmur. Bu baxımdan qurumlar informasiyanın əldə edilməsi, dezinformasiya ilə mübarizə aparılması yönündə media nümayəndələri ilə mütəmadi olaraq əməkdaşlıq etməlidirlər. Bu, qurumların özlərinə faydalıdır. Məsələn, jurnalist sosial mediada yayılan məlumata aydınlıq gətirmək üçün qarşı tərəflə - yəni müvafiq qurumlarla əlaqə saxlamağa çalışır. Lakin cavab almadıqda problem açıq qalır və dezinformasiya içərisindən daha bir şayiənin yayılmasına rəvac verilir. Ümumi götürdükdə bir çox qurumlar mətbuatın, o cümlədən özlərinin işini asanlaşdırmaq yönündə çevik addımlar atmırlar. Yaxud problemin olduğunu etiraf edib bunun aradan qaldırılacağını söyləmirlər. Nəticədə yanlış informasiyanın yayılmasına, yanlış təsəvvürün formalaşmasına zəmin yaranır. 

Baş Prokurorluq, DİN, FHN kimi qurumlar özləri hadisə yerində olur və informasiyanı yayırlar. Xüsusən Daxili İşlər Nazirliyinin nümayəndələri jurnalislərin suallarını cavablandırırlar.

Az öncə qeyd etdiyim kimi, media nümayəndələri maarifləndirmə ilə yanaşı, bir çox məqamlara işıq salmaq üçün zəhmət çəkirlər. Onların fəaliyyəti qiymətləndirilməlidir və əlbəttə ki, fəaliyyətinə adekvat yanaşılmalıdır. Bəli, jurnalistlərin fəaliyyətinin qiymətləndirilmədiyini demək olmaz. Bu yaxınlarda COP29 tədbiri ilə bağlı bir çox media nümayəndələri dövlət başçımızın imzasının yer aldığı təşəkkürnamə ilə təltif edildi. Bu, xoş ovqat yaratmaqla yanaşı, həmçinin onlara böyük motivasiya da vermiş oldu. Bütün qurumlar jurnalist əməyinin dövlət başçısı tərəfindən necə qiymətləndirildiyini görməlidir".

Qafqazinfo saytının əməkdaşı Sail Ağasəlim isə qeyd edib ki,  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bu il işgüzarlığı ilə fərqlənən mətbuat xidməti rəhbərlərindən biri oldu. 

"Baş Prokurorluğun mətbuat xidməti sorğulara operativ cavab verir və bu da bizim fəaliyyətmizə oldquca kömək olur. Media ilə uğurlu əməkdaşlıq edən mətbuat xidmətləri arasında Daxili İşlər Nazirliyini, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətini də misal göstərmək olar.

Qaldı ki, media ilə pis işləyənlərə onların adını açıqlamağa ehtiyac yoxdur. Necə deyərlər görünən dağa bələdçi lazım deyil".

Jurnalist Elnurə Abışova da öz fikirlərini bölüşüb:

"Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir. Bəzən mətbuat xidməti rəhbəri mediadan gəldiyini unudur, öz həmkarlarına qarşı sayğısızlıq göstərir. Unudurlar ki, onlar o vəzifəyə jurnalistin suallarına cavab vermək üçün təyin ediliblər. Mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığı hər zaman gündəmdədir. Onlar arasında əlaqələri gücləndirmək və medianın funksionallığını artırmaq üçün bir sıra tədbirlər həyata keçirmək olar. Həm mətbuat xidmətləri, həm də jurnalistlər üçün peşəkar etik kodeks və qarşılıqlı əməkdaşlıq haqqında təlimlər təşkil edilməlidir. Bu, tərəflərin gözləntilərini və iş prinsipini anlamağa kömək edər.

Qurumlar məlumatların vaxtında və tam şəkildə çatdırılması üçün effektiv platformalar yaratsınlar. Rəqəmsal platformalarla iş güclənməlidir. Jurnalistlər üçün xüsusi elektron müraciət platformaları yaradılmalı, bu platformalar vasitəsilə sorğuların vaxtında cavablandırılmasını izləmək mümkün olmalıdır.

Sadə sorğuların avtomatik cavablandırılması həyata keçirilməli və təcili mövzular üzrə xəbərlər gecikməməlidir. Sorğuların cavablandırılması üçün müəyyən müddət qoyulmalı və bu standartlara əməl etməyənlər hesabat, hətta istefa verməlidirlər.

2024-cü ildə ən çox müraciət etdiyim mətbuat xidməti rəhbərləri ƏƏSMN-dən Fazil Talıbov və komandası, BŞTİ-dən Bəşarət Məmmədov və komandası, TƏBİB-in mətbuatla səlahiyyətli şəxsləri, ETSN-dən İradə İbrahimova, işlərimizi ASANlaşdıran Elnur Niftəliyev, ASCO-dan Mehman Mehdiyev və komandası, Elm və Təhsil Nazirliyinin media ilə əlaqə quran əməkdaşları, İqtisadiyyat Nazirliyindən Leyla Zamanova və komandası, Vergilər Nazirliyindən Şahin Məmmədov,  Dövlət Turizm Agentliyindən Gülnar Mustafayeva və komandası, Azəriqaz İB-dan Eldəniz Vəliyev, Azərişıq ASC-dən Pərvanə Kazımzadə qeyd etmək olar". 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri