Icma.az
close
up
RU
“İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” mükafatları təqdim olunub

“İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” mükafatları təqdim olunub

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fevralın 19-da Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə mükafatlar təqdim olunub.

Qurumdan APA-ya verilən məlumata görə, I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edib.

Mərasimdə Prezident İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı prokuroru” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxış ediblər.

Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kənan Nəzərova, “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Anar Ələkbərova və “İlin ən yaxşı prokuroru” seçilmiş Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Yelena Qasımovaya Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib. Bir qrup media nümayəndəsi “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri