Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

İlin gənc müəllimi mükafatlandırıldı FOTOLAR

İlin gənc müəllimi mükafatlandırıldı FOTOLAR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Bakı Slavyan Universitetinin (BSU) ev sahibliyi ilə “Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı altında “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. 

Müsabiqə motivasiya dolu həyat hekayələri, ilhamverici fəaliyyətləri, müasir dərs metodları və yaradıcı təhsil yanaşmaları ilə seçilən, şagirdlərinə və həmkarlarına dəstək olan ən nümunəvi 10 gənc pedaqoqun mükafatlandırılmasını hədəfləyir.

Mükafatlandırılma mərasimində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri, deputat Şahin İsmayılov,  Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, deputat Könül Nurullayeva, "Modern" Media Qrupun təsisçisi Elşad Eyvazlı, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov, millət vəkilləri, "İlin gənc müəllimi" müsabiqəsinin qalibləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin açılış nitqini rektor Anar Nağıyev edib. O, qonaqları salamlayaraq qalibləri təbrik edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, ölkəmizin müxtəlif regionlarını, o cümlədən işğaldan azad edilmiş əraziləri təmsil edən gənclərin və təhsil nümayəndələrinin BSU-da bir araya gəlməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin və milli birliyin bariz nümunəsidir. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbələr bu gün artıq real qayıdış, bərpa və inkişaf prosesləri ilə müşayiət olunur.

A.Nağıyev çıxışında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını da qeyd edib.

Rektor ölkədə təhsil sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətini vurğulayaraq, Bakı Slavyan Universitetinin əsas fəaliyyət istiqamətlərindən birinin müəllim kadrlarının hazırlanması olduğunu, universitetin bu sahədə geniş ixtisas spektri üzrə uzunillik təcrübəyə malik olduğunu bildirib.

Anar Nağıyev diqqətə çatdırıb ki, BSU yalnız tələbə qəbulu göstəriciləri ilə kifayətlənmir, eyni zamanda regionlarda müəllim potensialının gücləndirilməsi məqsədilə xüsusi təqaüd proqramları və maarifləndirici layihələr həyata keçirir. Bu çərçivədə ibtidai sinif və xarici dil müəllimliyi ixtisasları üzrə oğlan tələbələr üçün “Oğlanlar üçün təqaüd proqramı”, regionlardan BSU-ya az sayda qəbul olunan qız tələbələr üçün “Qızlar üçün təqaüd proqramı”, eləcə də Bakı və Naxçıvan şəhərlərində, həmçinin respublikanın müxtəlif bölgələrində “Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən şagirdlərlə görüşlərdə iştirak edənlər üçün nəzərdə tutulan “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramının mövcud olduğunu qeyd edib.

Çıxışının sonunda Anar Nağıyev bildirib ki, müasir dövrdə ömürboyu öyrənmə prinsipi əsas prioritetlərdəndir və BSU yalnız məzun hazırlığı ilə deyil, eyni zamanda fəaliyyətdə olan müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində də regionlarda çalışan pedaqoji heyət üçün müxtəlif təlim və seminarlar təşkil edir.

 "Modern" Media Qrupun təsisçisi Elşad Eyvazlı iştirakçılara təşəkkür edərək, uğurlar arzulayıb.

Elşad Eyvazlı söyləyib ki, layihə artıq 7 ildir həyata keçirilir və əsas məqsəd Bakıda və regionlarda ən aktiv, güclü, savadlı müəllimlərin önə çıxmasına sosial dəstək verməkdir. E.Eyvazlı əlavə edib ki, bundan əvvəlki müsabiqənin qalib olan müəllimlərinin böyük əksəriyyəti ya məktəb direktorları, ya da təhsilin digər sahələrində fəaliyyətlərini davam etdirirlər.

Onun sözlərinə görə, belə müəllimlərin olması gələcəyə daha böyük ümidlə baxmağa imkan verir, çünki həmin müəllimlərin şagirdləri vasitəsilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib. O, bütün müəllimləri ürəkdən təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Şahin İsmayılov çıxış edib.

Sədr Milli Məclisin Gənclər və İdman komitəsi olaraq bu layihəni dəstəklədiklərini qeyd edib. Şahin İsmayılov bildirib ki, bu il layihəyə mindən çox müraciət daxil olub, bu da müsabiqənin aktuallığını və geniş maraq doğurduğunu göstərir. O, əlavə edib ki, həmin min nəfər arasından yalnız 10 gənc müəllim qalib seçilib, bu isə böyük bir uğur və nailiyyətdir. Şahin İsmayılov, həmçinin, gənc müəllimlərin gələcək nəsillərə böyük örnək olduğunu vurğulayaraq, hər birini təbrik edib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Asif Əsgərov "İlin gənc müəllimi" müsabiqəsinin seçiminin gənclərə verilən stimulla böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Asif Əsgərov əlavə edib ki, gənclər bizim gələcəyimizdir və bu məsələyə verilən böyük önəm, xüsusilə universitetin tələbələrinin sosial şəbəkələrdə dövlət siyasətini dəstəkləməsi onu çox sevindirir. O, ölkəmizin inkişafını qeyd edərək, 30 il həsrətində qaldığımız torpaqların, Cənab Prezidentin rəhbərliyi altında, gənclərimizin və xüsusilə də qazilərimiz və şəhidlərimizin sayəsində düşmənlərdən azad edildiyini bildirib. Deputat müsabiqənin qaliblərini təbrik edərək nitqini yekunlaşdırıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Vüqar İsgəndərov isə layihənin bir neçə ildir uğurla həyata keçirildiyini qeyd edib.

O, Milli Məclisin Gənclər və İdman Komitəsinin bu layihəyə dəstək verməsinə görə Şahin müəllimə təşəkkür edib. Vüqar İsgəndərov vurğulayıb ki, layihənin əsas hissəsində stimullaşdırma amili dayanır və təhsilin formasının dəyişdiyini bildirib.

Deputat universitetlərin xüsusi rola malik olduğunu və bu gözəl müsabiqənin müəllimlər üçün bir başlanğıc olduğunu bildirib. Hər birinin uğurlarını daha böyük auditoriyalarda görməyi arzulayıb.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Könül Nurullayeva bildirib ki, təhsil hər birimiz üçün çox önəmlidir.

O, Azərbaycan təhsilindən danışarkən, ulu öndər Heydər Əliyevin təhsilə verdiyi qayğı və diqqəti xatırladıb və bu amillərin təhsilimizin keçmişi ilə sıx bağlı olduğunu vurğulayıb. Könül Nurullayeva, həmçinin, dünyanın müasir və qlobal çağırışlarına Azərbaycan təhsilinin cavab verdiyini bildirib.

Sədr müavini süni intellekt və rəqəmsallaşma dövründə şagird yönümlü təhsil modellərinin tətbiqinin vacibliyini qeyd edib. Azərbaycanda müəllimlər üçün rəqəmsal sahəyə və əlavə imkanların yaradılmasının önəmini vurğulayan K.Nurullayeva, müsabiqə qaliblərini ürəkdən təbrik edib.

Daha sonra, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov çıxış edərək fikirlərini bölüşüb.

S.İbrahimov sinifdə və səngərdə qəhrəman müəllimlərin əziz və doğma olduğunu qeyd edib. Keçən il müsabiqə qaliblərinin Şuşada mükafatlandırıldığını və bu il şanlı zəfərimizin 5-ci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini bildirib.

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov təhsil və insan kapitalının iqtisadiyyata təsirindən danışıb.

Deputat inkişaf etmiş ölkələrdə innovasiyaların əsasən təhsildən gəldiyini qeyd edib və universitetlərin beyin mərkəzinə çevrildiyini bildirib. Vüqar Bayramov, universitetin yalnız tələbəyə bilik vermədiyini, həm də iqtisadiyyatda və sənayedə istifadə olunan kəşflər yaratdığını bildirib. Cəmiyyətin inkişafı üçün qəhrəmanların olduğunu vurğulayan deputat, gənc müəllimləri hər biri ayrı-ayrılıqda qəhrəman olaraq qiymətləndirib və qalib olan müəllimləri ürəkdən təbrik edib.

Daha sonra “İlin gənc müəllimi” müsabiqəsinin qalibləri çıxış edərək öz təəssüratlarını bölüşüblər. Hər bir müəllim öz uğurunu və təcrübələrini vurğulamaqla yanaşı, təhsil sahəsindəki aktual məsələlərə də toxunublar.

Sonda qaliblərə müfakatlar təqdim edilib, xatirə fotosu çəkilib.

"İlin gənc müəllimi - 2024" müsabiqəsində qalib müəllimlərin siyahısı:

I yer - Təranə Nuriyeva - Bakı şəhəri 35 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

II yer - Əlihüseyn Yaqubov - Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor;

III yer - Rəşadət Abdulov - E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin Tarix müəllimi;

Natəvan Fərzəliyeva - Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və STEAM müəllimi.

Aynur Axundova - Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimi;

İlahə Tağıyeva - Xəzər rayon 326 N-li tam orta məktəbin İbtiadi sinif müəllimi;

Gülağa Rəhmətov - Lerik rayonu Ambu kənd tam orta məktəbin İbtidai sinif müəllimi;

Gülnaz Abbaslı - Quba rayon Qaraçay qəsəbə tam orta məktəbin İngilis dili müəllimi;

Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbin Fizika,təbiət və həyat bilgisi müəllimi;

Əfşan Fərəcli - Ağdam rayon 71 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi.

Qeyd edək ki, "İlin gənc müəllimi" müsabiqəsi üç mərhələdən ibarət olaraq həyata keçirilib. İlk mərhələdə müəllimlər qeydiyyat formalarını doldurub, özləri haqqında məlumat təqdim edərək sualları cavablandırıblar. İkinci mərhələdə ekspertlər müəllimləri müəyyən meyarlara əsasən qiymətləndirib və "TOP-150", "TOP-100" və "TOP-50" siyahıları hazırlanıb. Siyahıya daxil olan müəllimlərlə onlayn görüşlər keçirilib. Nəticədə, finala çıxan 10 qalib müəllim müəyyənləşib.

Müsabiqənin ilk “10-luq”una daxil olan sorğu isə 21 iyul 2025-ci ildən 15 avqust 2025-ci il saat 23:59-dək davam edib. Beləliklə, həm münsiflər heyətindən (70 bal), həm də saytda keçirilən səsvermədən (30 bal) ən yüksək bal toplayan 3 pedaqoq ümumi nəticə əsasında “İlin Gənc Müəllimi-2024” müsabiqəsinin qalibləri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri