Icma.az
close
up
RU
İlin təyinatları...

İlin təyinatları...

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Başa çatmaqda olan 2024-cü il ərzində bir sıra yüksək vəzifələrə yeni təyinatlar gerçəkləşdi. Bu təyinatlardan sonra uzun müddət kreslo başında olan məmurlar kabineti ilə vidalaşmalı oldu.

“Qafqazinfo”nun məlumatına görə, bu mühüm postlardan biri də ədliyyə naziri idi. Prezidentin sərəncamı ilə 24 il ədliyyə naziri vəzifəsində çalışan Fikrət Məmmədov işdən azad edildi, onu Fərid Əhmədov əvəzlədi.

Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. 

General-polkovnik Hikmət Mirzəyevin müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilməsi də ilin təyinatları sırasındadır. Vətən Müharibəsi Qəhrəmanı, sabiq XTQ komandanı bu vəzifədə ehtiyata buraxılan general-leytenant Ənvər Əfəndiyevi əvəzlədi.

Digər Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov da bu il yüksək vəzifəyə təyinat aldı. O, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edildi. General Seyidov bu vəzifədə Kərəm Mustafayevi əvəzlədi.

İlin sonuna doğru Vüsal Aslanov da yüksək vəzifəyə təyinat alanlardan oldu. 11 gün əvvələdək “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışan Aslanov, hazırda “Bakı Metropoliteni” QSC-nin sədridir. O, sabiq sədr Zaur Hüseynovun yerinə bu mühüm posta gətirilib.

İlin maraqlı təyinatlarından biri də Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi ilə bağlıdır. Bu vəzifəyə parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olmuş Adil Əliyev gətirildi. Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov isə eyni vəzifəsinin icrası üçün Beyləqana göndərildi.

Bu ilin “Azəriqaz” İstehsalat Birliyində baş direktoru Ruslan Vəliyev də vəzifəsini itirdi. Onu daha əvvəl “SOCAR Georgia”nın törəmə şirkəti olan “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsini icra etmiş Azər Məmmədov əvəzlədi.

Xankəndidə yeni yaradılan Qarabağ Universitetinin rektor vəzifəsinə gerçəkləşən təyinatı da ilin maraqlıları sırasına daxil etmək olar. Bu vəzifəyə isə Şahin Bayramov gətirildi. O, daha öncə Mingəçevir Dövlət Universitetinin rektoru idi.

Emin Səfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri