İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Macarıstan “Ferentsvaroş”unun baş məşqçisi Borbeli Balaj “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.
"Football-plus.az" xəbər verir ki, o, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Ağdam təmsilçisi üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Ağır meydançada güclü rəqibə qarşı oynadıq. Futbolçular böyük mübarizə apardılar və onların yanaşmasından çox razı qaldım. Bu, bizim üçün faydalı hazırlıq oyunu oldu. Çünki “Qarabağ” matçın müəyyən hissələrində elə intensiv futbol oynadı ki, beynəlxalq arenada bununla mütəmadi qarşılaşacağıq. İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi. Daha sonra təşəbbüsü ələ aldıq və ilk hissənin sonuna qədər oyuna nəzarət etdik. Qolu da layiqincə vurduq. İkinci hissədə həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış etdik. Məşqlərdə üzərində işlədiyimiz bir çox elementləri meydanda gördük. Əlbəttə, hələ düzəltməli olduğumuz səhvlər var. Nəticəyə sevinirəm. Amma bundan da vacibi odur ki, oyun baxımından irəliləmişik. Şans qazanan futbolçular da bundan yaxşı istifadə etdilər. Komandanın münasibətindən və əzmkarlığından razıyam, baxmayaraq ki, hələ inkişaf etməli olduğumuz məqamlar var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 02 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















