Icma.az
close
up
RU
İlk altılıq da ən sirli Neftçi , ən müəmmalı Turan Tovuz dur hələ ki ən yaxşı Araz Naxçıvan görünür

İlk altılıq da ən sirli Neftçi , ən müəmmalı Turan Tovuz dur hələ ki ən yaxşı Araz Naxçıvan görünür

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Karvan" və "İmişli" kimi "evsiz-eşiksiz", kənardan yarımhəvəskar təsiri bağışlayan klubların Premyer Liqaya ayaq açması yaxşı qarşılanmasa da, növbəti mövsümdə elitada mübarizənin daha maraqlı, daha rəngarəng keçəcəyi ehtimal olunur. Ən azından hər tur bir oyun daha çox izləyə biləcəyik, hər komanda digəri ilə dörd yox, üç dəfə üz-üzə gələcək və s. 

Komandaları gücünə görə ayırmalı olsaq, iki "altılıq" kimi təqdim edə bilərik iştirakçıları. Təbii ki, Premyer Liqanın sürpriz komandası da ola bilər, boyundan yuxarı tullananlara rast gəlinər. Məsələn, "Sumqayıt"dan buzu gözləmək olar, bəlkə də "Qəbələ"dən də. Amma real güc və imkanlarla götürsək, "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "Sabah", "Turan Tovuz" və "Neftçi" avrokuboklar və mükafatlar uğrunda mübarizə aparacaq əsas komandalar olacaq. 

"Qarabağ" həmişəki kimi favoritdir və çətin ki, çempionluğu əldən versin. Amma ehtimal var ki, bu dəfə daha çox müqavimətlə üzləşsinlər, nəinki ötən mövsüm. "Zirə"nin heyəti hər nə qədər kasad olsa da, "Hayduk"la oyun göstərdi ki, Rəşad Sadıqovun komandası yenə də Premyer Liqada yuxarı yerlər uğrunda mübarizə aparmağa qadirdir. 

"Sabah" hər il favorit kimi göstərilir. Lakin son mövsümlərdə avrokuboklara vəsiqəni çətinliklə qazanır. Amma o da faktdır ki, "Sabah" həqiqətən güclüdür və bunu avrokuboklardakı oyunuyla əyani şəkildə göstərir. 

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Aris"i məğlub eləyən "Araz-Naxçıvan" elə bir səviyyə ortaya qoyub ki, əksəriyyət bu klubu "Qarabağ"la çempionluq mübarizəsi aparacaq gücdə görür. Bu barədə danışmaq hələ çox tezdir. "Araz-Naxçıvan"ın səfərdə "Aris"i keçəcəyi də dəqiq deyil. Çünki rəqib çox səviyyəli komandadır. Amma "Araz Naxçıvan" çox yaxşı transfer siyasəti həyata keçirib. Heyət həm genişdir, həm də səviyyəli oyunçularla doludur. Patrik Andrade və dostları böyük işlər görməyə qadirdir.
"Turan Tovuz" digərləri ilə müqayisədə daha ləng davranır. İlk "altılıq"da olanların artıq komplektləşdiyi vaxtda, Tovuz klubu hələ indi yeni transferləri gerçəkləşdirir. Kurban Berdıyev təcrübəli mütəxəssisdir, nə etdiyini yaxşı bilir hər halda. Amma yəqin o da fərqindədir ki, bu mövsüm onları daha çətin Premyer Liqa gözləyir. 

Avrokuboklarda çıxış edən klubların gücü ortadadırsa, "Neftçi" hələ ki sirli qutudur. Komandaya yoxlama oyunları ilə qiymət vermək çətindir. Lakin bir şeyi dəqiq demək olar ki, bu mövsüm heyət əvvəlkindən daha yaxşıdır. Səviyyəli futbolçular transfer olunub. Sistem oyunçuları ilə yanaşı, fərdi keyfiyyətləri yüksən olan və rəqib azaltmağı bacaran futbolçuların transfer edilməsi Samir Abasovun imkanlarını genişləndirir. Belə görünür ki, bu "Neftçi" ən azı ötən mövsümkündən daha güclü olacaq. 

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 İyul 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri