İlk dəfə kosmosda silah yerləşdirdiklərini etiraf etdilər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ ilk dəfə Yer orbitində kosmik silah yerləşdirdiyini təsdiqləyib. Vaşinqton bu addımla kosmosda hücum imkanlarına malik olduğunu da etiraf edib.
“Qafqazinfo”nun məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meynk bildirib ki, orbital silah ABŞ qüvvələrini mümkün düşmən hücumlarından qorumaq üçün zəruridir.
Meynk Hava, Kosmos və Kiber Konfransında çıxışı zamanı ABŞ-nin kosmosda yaranan təhdidlərə qarşı hazırlıqlı olduğunu deyib. Lakin o, silahın konkret imkanları və orbitə nə vaxt yerləşdirilməsi barədə məlumat verməyib.
ABŞ rəsmiləri son illərdə Rusiya və Çinin ABŞ peyklərinə qarşı hücum imkanlarını inkişaf etdirdiyini bildiriblər. Vaşinqton bu səbəbdən kosmosdakı hərbi imkanlarını genişləndirməyə çalışır.
Tramp administrasiyası isə kosmik imkanların və raketdən müdafiə sistemlərinin ABŞ-ni raketlərdən və digər hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulan “Qızıl Günbəz” müdafiə sisteminin mühüm hissəsi olduğunu açıqlayıb.
Qeyd edək ki, 1967-ci ildə imzalanan müqavilə Yer orbitində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Bununla belə, ABŞ, Rusiya və Çin kimi böyük hərbi güclər müqavilənin əhatə etmədiyi müxtəlif kosmik hərbi imkanları inkişaf etdiriblər.
Bu imkanlara rəqib peyklərin rabitəsini pozmaq, onları sıradan çıxarmaq və hərbi məqsədlərlə istifadə olunan kosmik sistemlərə müdaxilə etmək daxildir.
ABŞ Kosmik Qüvvələri 2019-cu ildə ölkənin kosmosdakı hərbi və strateji aktivlərini qorumaq məqsədilə yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Sentyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















