İlk dəfə: Sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında ölkədaxili sifarişli sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşə hazırlığı təlimlərinə cəlb olunurlar.
"Cebheinfo.az" xəbər verir ki, sözügedən dəyişikliklərin icrası çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün peşə hazırlığı təlimləri təşkil olunub.
Peşə hazırlığı təlimlərini ümumilikdə 745 nəfər müvəffəqiyyətlə tamamlayıb.
Təlimlərin yekunu olaraq isə iyulun 14-də Dövlət İmtahan Mərkəzində ilk dəfə imtahan təşkil olunub. İmtahan nəticələrinə əsasən, namizədlərdən 243 nəfəri uğurlu nəticə göstərib.
Qeyd edək ki, təşkil olunan peşə hazırlığı təlimlərinin əsas məqsədi ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və daşınma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 İyul 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















