İlk dəfə vəfat edən oğlundan yazdı Foto
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Dünyaca məşhur model Sindi Krouford bir müddət əvvəl vəfat edən oğlu Presli Gerberlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, supermodel 27 yaşlı oğlunu təsirli sözlərlə yad edib:
"Sevimli oğlumuzu itirdiyimiz üçün dərin sarsıntı içindəyik və ürəyimiz parçalanıb. Preslinin 27 il ərzində həyatımızın bir parçası olmasına görə özümüzü xoşbəxt hiss edirik. O, işıqlı və gözəl bir ruha sahib idi. Bu dünyada mehriban və səmimi bir insan kimi tanındığı üçün onunla fəxr edirik. Ailəmizi tanıyan və sevən insanların, eləcə də ağrımızı bölüşən, hətta bizi şəxsən tanımayan insanların göstərdiyi böyük sevgi və dəstəyə görə minnətdarıq. Yenidən görüşənədək, əziz balamız. Səni əbədi sevəcəyik. Anan, atan və Kayya”.
Sindinin bu paylaşımına bir neçə saat ərzində 1 milyondan çox bəyənmə gəlib.
Qeyd edək ki, sentyabrın 20-də Sindi Kroufordun iş adamı Rendi Gerberlə nikahından olan oğlu Presli Gerber Los-Ancelesdəki reabilitasiya mərkəzində vəfat edib. İlkin məlumatlara görə, gəncin ölümünə qadağan olunmuş maddələrin həddindən artıq qəbulu səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















