Icma.az
close
up
RU
İlk dərs günü: şən və kövrək anlar...

İlk dərs günü: şən və kövrək anlar...

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hər il olduğu kimi, bu dərs ilinin ilk günü də şən və kövrək anlar yaşandı. Ötən illərin hər biri onbirinciləri məktəbdən müstəqil həyata yola saldığı kimi, 2-ci sinfi 3, 3-cünü 4, 4-cünü 5 və sair sıra ilə qaldırır. Bu siniflərdə təhsil alan uşaqları da bir yaş böyüdür. Və nəhayət, bu illər hər il birinciləri qarşılayır məktəbdə...

İlk dərs günü... Təqvimin bu günü məktəbin açılmasını 3 ay yarım səbirsizliklə gözləyən məktəblilər üçün sevinc dolu olur. Axı onlar məktəbləri, dost və rəfiqələri, sevimli, doğma müəllimləri üçün darıxırlar. Onları yenidən görmək üçün tətilin günlərini sayırlar.

Hər yeni dərs ili onları bir yaş da böyüdür, həyata baxışlarını dəyişir. Seçimlərini müəyyənləşdirir. Hər biri bir ixtisas seçməklə gələcək planlarını qurur məktəblərdə. Hazırlaşır, mübarizə aparır, arzularına çatmaq üçün mücadilə edirlər. Odur ki, məktəb onların ən sevimli məkanıdır. Yeni dərs ilinin başlanması isə ən sevimli anlarıdır. Bu anlar onları şənləndirir...

Onlardan fərqli olaraq birincilər üçün məktəb, sinif yoldaşı, müəllim anlayışı hələlik başa düşülən deyil. Elə buna görə də birincilər ilk dərs günü səhəri yuxudan oyanarkən hara gedəcəklərini, orada nə ilə qarşılaşacaqlarını əsla dərk etmirlər. Onları məmnun edən sadəcə valideynlərinin aldığı yeni paltar, ayaqqabı və çantalardır.

Bir az sonra isə bağça yolundan tamamilə fərqli bir yolda olduqlarını görəndə dodaqlarını büzüb doluxsunur, kövrəlir, ağlamağa başlayırlar. “Hara gedirik, ay ana?”, “ Hara gedirik, ay ata?” suallarını yağdırırlar. Onların bu sualları isə hələ də mənasını dərk etmədikləri “məktəbə” sözü ilə cavablandırılır. Bu tanış olmayan söz onların daha da kövrəlməsinə səbəb olur.

Məktəbə çatdıqda isə yeni dərs ilinin başlanması təntənəsi bu körpələrə hər gün yollandıqları bağçanın sakitliyindən fərqli göründüyü üçün artıq burada ağlayırlar, həm də uca səslə, eşidiləcək dərəcədə. Hələ ilk zəng vurulandan sonra siniflərə yollanmamaq istəkləri... Ana-atalarının ayaqlarına sarılmaları, sinfə daxil olanda vahimələnmələri, müəllimi görəndə təəccüblənmələri var. Ən əsası isə elə bundan sonra başlayır. Valideynin dərs başladığı üçün sinfi tərk etməsi zamanı onu qoyub getdiyini görən bu körpələrin kollektiv ağlaması... Qızlı-oğlanlı müxtəlif səslər bir-birinə qarışır. Bu kövrək anın isə bir səbəbi var: bizi qoyub hara gedirsiniz?..

Onlar elə bağçaya da ilk dəfə gedəndə bu cür kövrəlmişdilər. Deməli, onlar bir neçə yaş böyüsələr də, hələ də körpədir. Onların ana qucağına, ata məhəbbətinə, müəllim qayğısına ehtiyacı var. Elə bu səbəbdən də ibtidai sinif müəllimlərinin işi çox çətindir. Çünki onlar birincilərə tək elm öyrətmir, həm də qayğıkeş bir ata-ana olurlar. Ağlayan uşaqların göz yaşını silir, təsəllisi olur, köynəyinin qolunu, pencəyinin yaxasını düzəldirlər. Kitab-dəftərlərini çantalarına yığmaqda köməklik edirlər. Hələ qış aylarında üst geyimlərini də müəllimlər geyindirir. Yeri gələndə bantlarını, qalstuklarını da səliqəyə salırlar... Düz dörd il uşaqlar bu qayğı əhatəsində olur. Odur ki, ibtidai təhsili bitirən zaman da müəllimləri üçün kövrəlir, ondan ayrılmaq istəmirlər.

Lakin bu, onların əlində deyil axı. Məktəbdə rolu illər oynayır. Bu illər həftələri aylara, ayları illərə çatdırıb zamanı bir yaş qocaltdıqca, illər də məktəbliləri bir yaş böyüdur. Onları ibtidai sinifdən alıb aparır. Neçə-neçə müəllimlərin əhatəsinə salır. Daha sonra uşaqlar bu müəllimlərə isinişməyə başlayır. Yuxarı siniflərə addımladıqca, bu müəllimlərdən onların ən yaxın dostu, ən yaxın sirdaşı da olur.

Beləliklə, onbirinci sinfə-məktəbin son ilinə qalxırlar. Birinci sinif qədər onbirinci sinif də kövrək anlarla doludur. Lakin bu anlar bir-birindən çox fərqli, ayrıdır. Birinci sinifdə anlaşılmayan kövrəklik, onbirinci sinifdə dərk edilən kövrəklik... Məktəbdən, onbirillik sinif yoldaşlarından, müəllimlərdən ayrılmağın kövrəkliyi...

Lakin həyat davam edir, deyək. Həyat davam etdikcə də illər bir-birini qovalayır. Odur ki, hələ məktəblərimizin divarları arasından çox birincilər və onbirincilər keçəcək. Hər birinin qəlbində min bir xatirə ilə...

Yeni dərs iliniz mübarək, əziz şagirdlər. Ötən hər il sizi müstəqil həyata doğru aparır. Deməli, qarşıdakı yeni həyatda özünüzü tapmanız üçün bu gün yaxşı oxumaq, elmləri öyrənmək lazımdır. Öyrənin ki, gələcəkdə təhsilinizi davam etdirə, yeni uğurlar qazana, arzu etdiyiniz sahədə çalışa biləsiniz.

Uğurlarınız çox, arzularınız gerçək, həyatınız mənalı olsun!

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see416

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see394

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see367

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see321

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see276

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see263

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see261

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see241

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see218

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see217

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see192

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see191

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see191

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see188

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see186

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see185

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see176

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see175

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see170

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri