Icma.az
close
up
RU
Şən gülüşlərin Gülşəni

Şən gülüşlərin Gülşəni

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İnanmaq çətindir ki, artıq onun 75 yaşı tamam olur. İşıqlı dünyanı nisbətən erkən tərk etdiyi üçündür ki, Gülşən Qurbanova yaddaşlarda cavan qalıb. AzTV-də çalışdığım vaxtlarda onu studiyalarımızda tez-tez görürdüm. Daim şən səs-küyü, zarafatları, bir sözlə, gənclik ruhu ilə hər kəsi özünün nikbin aurasına sala bilirdi. Oynaq improvizələri isə yaratdığı obrazların “dadını-duzunu” daha da artırırdı.

Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda dünyaya göz açıb. Atası məşhur aktyor, Xalq artisti Ağadadaş Qurbanov, bacısı kino rəssamı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, atabir qardaşı Əməkdar artist Hamlet Qurbanov olub. Bu mühit onu da yaradıcı sənətə – teatr və kinoya ömürlük bağlayıb.

İncəsənət İnstitutunu bitirəndən sonra aktrisa uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Həmkarı – aktyor Mübariz Əlixanoğlu ilə ailə qurub. Görünən budur ki, həyatda da, sənətdə də daim teatr və kino aləmində olub. Xarakteri adına uyğun gələn nikbin, həyatsevər Gülşən xanımın bu məziyyətləri oynadığı bir sıra rollarda özünü göstərib. Onun həyat balladası nikbin notların harmoniyasından ibarət idi.

Ümumi götürdükdə isə Gülşən Qurbanova həm yumoristik, həm də ciddi rolların öhdəsindən eyni ustalıqla gələn sənətkarlardan olub. Yaratdığı obrazlar – Mərcan (“Mənim nəğməkar bibim”, Ə.Əylisli), Eyzəngül (“Şirinbala bal yığır”, S.Qədirzadə), Çiçək (“Ana laylası”, İ.Coşqun), Nabat (“Tamahkar”, S.S.Axundov), Şahnaz (“Şəhərli oğlan”, Q.Rəsulov), Almagül (“Fudzi dağında qonaqlıq”, Ç.Aytmatov), Gülarə (“Məhəbbət novellası”, Ş.Xurşud və Ə.Hacıyev), Nera (“Zəncirlənmiş Prometey”, C.Məmmədov), Gülnaz (“Pul dəlisi”, Ə.Orucoğlu), ana (“Bala bəla sözündəndir”, Ə.Əmirli) və s. bunu təsdiqləyir.

Kinoda və televiziya tamaşalarındakı parlaq çıxışları da Gülşən Qurbanovanın performansına özəl rənglər qatıb. Onun 21 filmdən ibarət zəngin filmoqrafiyası var. Bunlardan “Ad günü” (Sevda), “Mən mahnı qoşuram” (Sədrin arvadı), “Anlamaq istəyirəm” (Rəfiqə), “Cin mikrorayonda” (Dəmirovun arvadı), “Evləri köndələn yar” (Tahirin arvadı), “Ordan-burdan” (Pəri) adlı ekran əsərlərini göstərmək olar. İstedadlı sənətkar 1989-cu ildə Əməkdar artist, 9 il sonra isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Kinoda debüt etdiyi “Ad günü” filmindəki Sevda rolu kiçikplanlı olsa da, personajın inandırıcı davranış və dialoqu hadisələrin axıcılığını, inandırıcılığını təmin edib. Buna görə də aktrisa ard-arda bir çox kinoya dəvət alıb və rejissorların etimadını doğruldub.

Sənətçi dostlarının dediyinə görə, bayram şənliklərində iştirak siyahıları tutulanda aktrisalar arasında Gülşən Qurbanovanın adı Nəsibə Zeynalovadan sonra 2-ci yazılar və onun üçün xüsusi səhnəciklər hazırlanardı. Bir dəfə Xalq artisti Yaşar Nuri ilə “Arşın mal alan”ı müasir dövrə uyğunlaşdırıb parodiya edəndə özündən o qədər sözlər əlavə edib ki, rejissorlar mat qalıblar.

Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət alır və uzun müddət AzTV-nin “Gəlin, birlikdə gülək” adlı layihəsində çıxış edir. Bu verilişdə Azərbycanın ilk qadın şou aparıcısının tərəf müqabilləri Xalq artisti Yasin Qarayev və Əməkdar artist Azər Mirzəyev olurlar. Həmin layihə bitəndən çox sonralar aktrisa ANS-də və “Lider”də müvafiq olaraq “Qaynar qazan” və “Mikser” verilişlərində aparıcılıq edib.

Azərbaycanın tanınmış televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə həmişə deyirdi ki, Gülşən xanım “Gəlin, birlikdə gülək” proqramının əsl tapıntısı idi. Onun iştirak etdiyi buraxılışlarda nisbətən zəif ssenarilər belə cana gəlir, cəlbedici olurdu.

Xalq artisti Gülşən Qurbanova 2006-cı ilin payızında, 56 yaşında televiziyadan evə qayıdarkən növbəti dəfə infarkt keçirib və gözlərini əbədi yumub. Bacısı Firəngiz xanımın bu barədə dedikləri:

– O, evdə tapılmırdı, ancaq iş arxasınca qaçırdı. Bir sözlə, onu iş saxlayırdı. Gülşəni məndən soruşanda deyirdim ki, siz məndən çox bilirsiniz onun haqqında. Ürəyi nə istəyirdisə, onu da edirdi. O səhnəni çox sevirdi, rollarına ürəyini verirdi. Gülşən 2 dəfə infarkt keçirmişdi. Heç birində də yaxşı müalicə almamışdı, 10 gündən çox xəstəxanada qala bilmirdi. Halbuki, ona müalicə lazım idi. Nə qədər dedik, qulaq asmadı. Təsəvvür edin ki, o vəziyyətdə canlı efirə çıxırdı. Gülşən özünü qurban verdi, hamıya qurban verdi. Və 3-cü infarktla həyatını itirdi...

O, indi xatirələrdə yaşayır və yada düşən kimi çöhrələrə təbəssüm qonur. Qeyd edək ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki küçələrdən biri Gülşən Qurbanovanın adını daşıyır.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri