Icma.az
close
up
RU
İlk dörd yerin sahibi bilindi, amma “Neftçi”nin hədəfi var

İlk dörd yerin sahibi bilindi, amma “Neftçi”nin hədəfi var

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər turun öz taleyi, hər oyunun isə gizli dramı var. Çempion, 2-ci yerin sahibi, elitadan gedən komanda buna qədər artıq müəyyənləşmişdi. Ancaq 35-ci tur da bəzi suallara aydınlıq gətirdi. 3-cü yerin də, 4-cü yerin də sahibi bəlli oldu. Və indi ortada 5-ci pilləyə can atan “Neftçi” var.

Şənbənin üç oyunu eyni vaxtda başladı. 3-cü yerin əlçatmaz olduğunu anlayan “Turan Tovuz”, heç olmasa, 4-cü yeri tutmaq istəyirdi ki, bu mənada “Sumqayıt”la səfər oyunu yerinə düşdü. Təbii ki, Kurban Berdıyev debüt mövsümündə mükafatçılar sırasına düşmək istəyirdi. Amma iş elə gətirdi ki, 4-cü yer də onu və komandasını Avropaya daşıya bilər. Bunun üçün sadəcə, “Qarabağ”a dua etmək lazımdı. Daha doğrusu, “Qarabağ”ın kubokun finalında “Sabah”ı məğlub etməsinə. Öz aramızdı, dua məsələsində “Turan Tovuz” da tək deyil. Elə “Zirə” də məhz ağdamlıların kuboku qazanmasını arzulayır ki, Avropa Liqasında oynaya bilsin.
“Zirə” – “Sabah” oyununun heç bir turnir əhəmiyyəti yox idi. Nə “qartallar” üçün 2-ci yeri tərk etmək təhlükəsi var idi, nə də “bayquşlar”ın 4-cü pilləyə yüksəlmək şansı. Odu ki, hər tərəf gücünü qorudu, məhsuldar heç-heçədən razı qaldı. “Sabah”ın futbolçuları cismən meydanda olsalar da, ruh etibarı ilə artıq çoxdan kubokun finalındadılar. Vasili Berezutski indi yalnız futbolçularını formada saxlamağa çalışır.
Nəhayət, “Araz-Naxçıvan”ın da düşərgəsində toy-bayramdı. Ən azı paltardəyişmə otağından çəkilən fotolar komandanın çoxdan bu uğurun həsrətini çəkdiyini göstərir. Hələ biz Naxçıvan küçələrində 3-cü yer və avrokuboklara vəsiqə münasibəti ilə təşkil olunan yürüşü demirik. Bir sözlə, Şamaxıdan qələbə ilə qayıdan “qırmızı-ağlar” Zaur Axundovu avrokubok arzusuna çatdırdı. Bir “qaçqın” komanda, yəqin ki, maksimu elə bunu bacarardı.
Turun son iki oyunu bazar günü keçirildi. “Neftçi” sanki mövsümoyu içində yığılan qəzəbi, ağrı-acını tökməyə yer, daha doğrusu, rəqib axtarır. “Səbail”lə oyun tam yerinə düşdü. “Ağ-qaralar” “dənizçilər”i darmadağın etməklə növbəti rəqibə - “Sabah”a da özünəməxsus mesaj göndərdi. Axı bu komandaların kubokda da yolu kəsişib, “bayquşlar” “Neftçi”nin Avropaya yolunu ağlayıb. Odu ki, həmin haqq-hesabı çürütmək və 5-ci yeri qoparmaq üçün vaxt-vədə yetişib.
Turun son oyununda köhnə-yeni çempion “Qarabağ” “Kəpəz”i qəbul etdi. Artıq turnir hədəfinin öhdəsindən gələn gəncəlilərin məğlubiyyətlə barışmaqdan başqa yolu var idi? Bizə elə gəlir ki, yox. Cari mövsümdə nadir hallarda “Qarabağ”ın ev oyununa bu qədər çox azarkeş toplaşır. İnsafən, Qurban Qurbanov və komandası da bu oyuna tam ciddi yanaşdı, rəqibə laqeydlik, nəticəyə görə məsuliyyət hiss etməmək kimi zərərli vərdişlər görmədik. Azər Bağırov oyundan sonra hər nə qədər gileylənsə də, premyer-liqa rinqinə fərqli çəki dərəcələrində olan boksçular çıxmışdı.
Çox güman, “Kəpəz” də islahatlar dalğasından sonra “çəki dərəcəsini dəyişəcək”. Amma indi güclü rəqibi alqışlamaqdan, məğlubiyyətlə barışmaqdan başqa yol yoxdu!
Misli premyer-liqası 
4-cü dövrə, 35-ci tur
17 may
Sumqayıt - Turan Tovuz 0:1
Zirə - Sabah 1:1
Şamaxı - Araz-Naxçıvan 0:1
18 may
Neftçi - Səbail 3:0
Qarabağ - Səbail 3:0

ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri