İlk “üçlük”də Azərbaycan derbisi 7200 tamaşaçı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub. “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















