Icma.az
close
up
RU
Emin Mahmudov: “Vaxt itirmək istəmədim”

Emin Mahmudov: “Vaxt itirmək istəmədim”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıbdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli oyunçu ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:

– Hamını salamlayıram. Əslində, bu matç mənim üçün doğrudan da bir qədər həyəcanlı olacaq, çünki axırıncı oyunuma çıxıram. Amma həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bizim üçün yaxşı oyun göstərmək və qazanmaq çox vacibdir. Çalışacağam ki, sonuncu matçımda ən yaxşı çıxışımı sərgiləyim və yaddaşlarda yaxşı qalım.

– Milli komanda forması ilə ilk mətbuat konfransınızı xatırlayırsınızmı?

– Vallah, heç xatırlamıram. Çünki bir ara hər mətbuat konfransına əsasən mən gəlirdim, ona görə də hansının birinci olduğunu dəqiq xatırlaya bilmirəm.

– Yarımmüdafiəçi olmağınıza baxmayaraq, milli formayla vurduğunuz önəmli və baxımlı qollarla xatırlanırsınız. Ən yadda qalan qolunuz hansıdır?

– Ən yadda qalan İrlandiya seçməsinin qapısına vurduğum qoldur, çünki o, möhtəşəm bir stadionda olmuşdu. Lüksemburqla matçda cərimə zərbəsindən vurduğum qolu da qeyd edərdim. Hər oyunda qol vurmaq şansım olur və bunun üçün həmişə çalışıram. İmkan olanda məşqlərdən sonra da qalıb zərbə məşqləri edirəm, çünki fərqlənməyi hər zaman istəyirəm. Amma mən həmişə ilk növbədə düşünmüşəm ki, komandanın qələbəsi daha vacibdir.

– Milli komandaya göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik. Lakin bu qərar bir qədər tələsik verilibmiş kimi görünür…

– Bilirsiniz ki, bu, milli komandadır və növbəti ev oyunumuzun nə vaxt olacağını dəqiq bilmirik. Ona görə də çox gözləmək istəmirdim. Evdəkilərlə, dostlarımla və baş məşqçimlə danışdım. Qərara gəldim ki, gözləməkdənsə, bu addımı indi atım. Martda ev oyunumuzun olub-olmayacağı bəlli deyil. Ona görə də vaxt itirmək istəmədim.

– Millidən sonra gələcək planlarınız necədir?

– İndi əsas məqsədim millidən sonra “Neftçi” ilə çempion olmaqdır. İnşallah, bunun üçün vuruşacağıq.

Futbolpress.az

Andorra

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri