İlkay Gündoğan karyerası ilə bağlı qərarını qətiləşdirdi SON DURUM
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
Xəbərə görə, digər liqa klublarının marağına baxmayaraq, türk əsilli futbolçu İngiltərə nəhəngindən ayrılmaq fikrində deyil.
Yarımmüdafiəçi 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər "şəhərlilər"də qalmağı planlaşdırır.
İlkay 2024/25 mövsümündə bütün yarışlarda 45 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, yarımmüdafiəçi 2016-2023-cü illərdə MS-də də çıxış edib, sonra azad agent kimi “Barselona”ya keçib. O, ötən yay yenidən "Etihad"a qayıdıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















