Icma.az
close
up
RU
İlkin Azərdən DANIŞDI: “Yoxluğunla yaşamağı bacardıq, amma…” VİDEO

İlkin Azərdən DANIŞDI: “Yoxluğunla yaşamağı bacardıq, amma…” VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aparıcı İlkin Həsəni ötən ilin yanvarında vəfat edən dostu, aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, İlkin Azərin arxiv kadrlarını bir araya toplayaraq səsləndirmə edib.
O, videoda bu sözləri deyib:
“Bir il oldu. Zamanın ölçüsü dəyişdi sanki. Günlər keçdi, fəsillər dəyişdi, amma bəzi səslər olduğu yerdə qaldı. Gülüşün və bir cümləni yarımçıq qoyub baxışınla tamamladığın anlar, arxiv videolarda donub qalan saniyələr indi daha ağır gəlir.
Çünki bilirsən ki, o anlar geri qayıtmır. Amma itib də getmir. Bir il əvvəl həyat bir “pauza” düyməsinə basdı, sonra yenidən davam etdi. Amma ritmi tamam başqa cür idi. Hamı “zaman hər şeyi sağaldır” dedi.
 

Zaman sağaltmadı, öyrətdi. Yoxluqla yanaşı yaşamağı, boş qalan yerləri xatirələrlə doldurmağı, səssizliyin bir də dili olduğunu. Bu videolarda təkcə sən yoxsan, burada dostluq, səmimiyyət, heç vaxt yarım qalmayacaq söhbətlər var. Kadrlar dəyişir, amma hiss dəyişmir. Sən bizim yaddaşımızda həmişə eyni qalacaqsan - olduğun kimi, səsinlə, baxışınla, zarafatlarınla.


Biz buradayıq, səninlə bağlı hekayələri danışmağa davam edirik. Güləndə səni xatırlayırıq, elə susanda da. Çünki getmək “yox olmaq” demək deyil. Bəzən sadəcə başqa cür qalmaqdır.
Bir il oldu, sənin yoxluğunla yaşamağı bacardıq, amma alışmadıq. Alışmaq da istəmirik, çünki sən bizim həyatımızın keçmişi yox, içində qalan bir hissəsisən. Darıxırıq, darıxacağıq”.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri