Icma.az
close
up
RU
İllər əvvəl onların haqqında danışırdı

İllər əvvəl onların haqqında danışırdı

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan neftinin dünyadakı satışı ilə məşğul olan Adnan Əhmədzadənin sensasion həbsi ölkənin əsas gündəmi olaraq qalır. 

Buna əsas səbəb isə  törətmiş olduğu korrupsiya əməllərindən daha çox onun həbsinə kimi ən yüksək həyat tərzi, oliqarx dəbdəbəsi ilə yaşaması idi.

Özünün və həyat yoldaşının bu lüks həyatı hər gün reklam etməsi də ictimaiyyətdə qıcıq doğururdu.

Bugün ölkədə minlərlə tələbə var ki, təhsil pulu səbəbindən təhsilini yarımçıq qoyduğu, minlərlə azərbaycanlı ailəsinin  gündəlik qayğılarla çabalaşdığı dönəmdə Adnan Əhmədzadənin insanların gözünə soxduğu dəbədəbəli həyatı bir çox hallarda sosial ədalətsizlik kimi görünürdü. 

Adnan Əhmədzadənin həbsi neftimizin satışından  oğurlanan yüz milyonlarla vəsaiti yenidən gündəmə gətirdi.

Xatırladaq ki, hələ bi neçə il əvvəl Azərbaycan neftinin Avropaya daşınması ilə məçğul olan “Palmali Group”un sahibi Mübariz Mənsimov bu dəstə haqqında danışırdı.

Mənsimov müsahibələrində açıq şəkildə bəyan edirdi ki, Rövnəq Abdullayev, Anar Əlizadə, Adnan Əhmədzadə Azərbaycan dövlətinə, prezidentinə xəyanət edir.

O, bunu bir yox, bir neçə dəfə bəyan etmişdi.

Amma o dövrdə neft mafiyası Mübariz Mənsimovun səsini boğa bildi və onu Azərbaycan prezidentinin gözündən salmış oldu.

Sonradan onun başına gətirilənlər də bu şəxslərin məkrli planlarının tərkib hissəsi idi.

Amma zaman hər şeyi yoluna qoydu.

Bu şəxslərin ədalətsizliyinə baxmayaraq, Mübariz Mənsimov nə dövlətinə, nə də onun rəhbərinə arxa çevirdi.

Əksinə, həbsdən azadlığa çıxdıqdan sonra belə o, öz dövlətinin, prezidentinin əsgəri olduğunu dilə gətirdi.

Adnan Əhmədzadənin həbsinə gəlincə, yəqin ki, istintaq bu prosesi sonadək araşdıracaq və Anar Əlizadənin özünün məsuliyyət məsələsi gündəmə gələcək.

Söhbət təkcə dövlətdən oğurlanan pullardan, neftimizə xlorid qatılmasından daha çox həm də dövlətin xaricdəki etibarının zədələnməsindən gedir.

Bu etibarı qaytarmaq isə zaman alacaq.

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri