İllər sonra Ağdama qayıtdılar 362 nəfərin arzusu gerçəkləşdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Modern.az xəbər verir ki, növbəti mərhələdə 117 ailənin – ümumilikdə 362 nəfərin Ağdam şəhərinə köçürülməsi həyata keçirilib.
Doğma yurda qayıdan sakinlər yaradılan şəraitə və göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Ağdam sakinləri, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onlara rəhmət diləyiblər.
Qeyd edək ki, Ağdam şəhərinə köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məhəllələri salınır, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Sentyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















