İllər sonra Azərbaycana qayıdanlara vacib xəbərdarlıq
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Minlərlə Azərbaycan vətəndaşı uzun illərdir xaricdə yaşayır və müxtəlif səbəblərdən ölkəyə qayıtmağı planlaşdırır. Lakin hərbi xidmət yaşında olan şəxsləri ən çox düşündürən məsələlərdən biri də illərlə xaricdə yaşadıqdan sonra hərbi uçotla bağlı hansı prosedurları yerinə yetirməli olduqlarıdır.
Bu məsələləri etibarnamə ilə həll etmək mümkündürmü, yoxsa şəxsən hərbi uçot üzrə qeydiyyatda olduğu quruma müraciət etməsi mütləqdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, əvvəlcə həmin şəxsin ölkədən çıxışı zamanı qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi Dövlət Sərhəd Xidməti tərəfindən araşdırılmalıdır.
Onun sözlərinə görə, bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin şəxsə çağırış göndərilib-göndərilmədiyi, eləcə də onun barəsində hərbi xidmətdən boyun qaçırma faktı ilə bağlı cinayət işinin olub-olmaması aydınlaşdırılmalıdır:
“Həmin şəxs şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü müraciət etməli və hərbi uçota dayanmalıdır. Bundan sonra o, ASAN Xidmət mərkəzinə hərbi uçota dayandığını təsdiq edən sənədlə birlikdə qeydiyyata düşəcəyi mənzilin mülkiyyət sahibinin razılığı da daxil olmaqla tələb olunan digər sənədləri təqdim etməlidir.
Bütün bu prosedurların etibarnamə ilə başqa şəxsə həvalə edilməsi mümkün deyil. Şəxsiyyət vəsiqəsinin etibarnamə əsasında alınmasına qanunvericiliklə yol verilmir”, – deyə Səməd Vəkilov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu məsələləri etibarnamə ilə həll etmək mümkündürmü, yoxsa şəxsən hərbi uçot üzrə qeydiyyatda olduğu quruma müraciət etməsi mütləqdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, əvvəlcə həmin şəxsin ölkədən çıxışı zamanı qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi Dövlət Sərhəd Xidməti tərəfindən araşdırılmalıdır.
Onun sözlərinə görə, bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin şəxsə çağırış göndərilib-göndərilmədiyi, eləcə də onun barəsində hərbi xidmətdən boyun qaçırma faktı ilə bağlı cinayət işinin olub-olmaması aydınlaşdırılmalıdır:
“Həmin şəxs şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü müraciət etməli və hərbi uçota dayanmalıdır. Bundan sonra o, ASAN Xidmət mərkəzinə hərbi uçota dayandığını təsdiq edən sənədlə birlikdə qeydiyyata düşəcəyi mənzilin mülkiyyət sahibinin razılığı da daxil olmaqla tələb olunan digər sənədləri təqdim etməlidir.
Bütün bu prosedurların etibarnamə ilə başqa şəxsə həvalə edilməsi mümkün deyil. Şəxsiyyət vəsiqəsinin etibarnamə əsasında alınmasına qanunvericiliklə yol verilmir”, – deyə Səməd Vəkilov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Baxış sayı:132
Bu xəbər 31 İyul 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















