İllərdir aldıqları mənzilə köçə bilmirlər (VİDEO)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir ilə təhvil veriləcəyi deyilən mənzillərini illərdir gözlədiklərini bildirirlər.
Binəqədi rayonunun Söyüdlü küçəsində ev alan vətəndaşlar iddia edirlər ki, "Binəqədi Park" MMC-nin inşa etdiyi üçmərtəbəli, apartament tipli tikililərin hər birində doqquz mənzil nəzərdə tutulub. Şikayətçilər evləri 2022-ci ildə müqavilə əsasında aldıqlarını deyirlər. Onlar hələ də evlərinə köçə bilmədiklərini bildirirlər.
Onlar şirkətə dəfələrlə müraciətlərinə baxmayaraq, təhvil məsələsinin həllini tapmadığını iddia edirlər. Vətəndaşlar tikinti işlərinə məsul şəxs kimi Elvin Kazımovun adını çəkir, onun şirkətin rəhbəri olduğunu bildirirlər. Tələbləri isə mənzillərin yaşayış üçün hazır vəziyyətə gətirilməsidir.
Səsləndirilən iddialarla bağlı Elvin Kazımovla əlaqə saxlamaga çalışsaq da zənglərimiz cavabsız qaldı. Şikayətçilər isə evlərinin nə vaxt təhvil veriləcəyinə dair konkret cavab gözləyirlər.//Xəzər TV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















