Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

“İlmələr Xalçaçılıq dərnəyi” layihəsi başa çatdı Amma bu bir başlanğıcdır

“İlmələr Xalçaçılıq dərnəyi” layihəsi başa çatdı Amma bu bir başlanğıcdır

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Xalçaçılıq sahəsinin inkişafı dövlətin də diqqət mərkəzindədir. Prezident İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində "Azərbaycan xalça sənətinin təbliği " haqqında bənd öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildən  UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib”. – Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş “İlmələr. Xalçaçılıq dərnəyi” adlı layihəsinin rəhbəri, Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin direktoru Ağayeva Nuriyyə Əsgər  qızı layihənin bağlanış mərasimində səsləndirib.

Bağlanış mərasimində rəsmi qonaqlar, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Nuriyyə Ağayeva çıxışında qeyd edib ki,  Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir.

Daha sonra layihə rəhbəri Nuriyyə Ağayeva layihə hesabatını təqdim edərək   görülmüş işlər, əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin icra planına əsasən ilk öncə tərkibində rəssam, xalçaçı təmsil olunan  peşəkar komanda yaradılıb. Komanda heyəti tərəfindən Qarabağ xalçaçılıq məktəbinin tərkibinə daxil olan Cəbrayıl xalçalarının ənənələri əsasında eskizlər hazırlanıb və həmin eskizlərdən çeşni çıxarılıb. Məktəbdə xalçaçılıq peşəsinə maraq göstərən VIII və IX sinif qızlarından ibarət 20 şagird seçilərək “ İlmələr -Xalçaçılıq dərnəyi“ nə cəlb olunub. Layihə çərçivəsində görülən işlər haqqında ictimayyəti məlumatlandırmaq məqsədi ilə layihənin sosial media hesabı yaradılıb.

Şagirdlərimizə xalçaçılıq peşəsinin sirlərini öyrətmək üçün 10 ədəd hana hazırlanıb. 20 ədəd kirgid, həvə, xalçaçı bıcağı , hər şagird üçün 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram rəngli yun ip alınıb.

Yanvar ayının 13-dən həftədə 3 dəfə hər birində 2 saat olmaqla dərnək məşğələləri təşkil olunub. Mədəniyyət və Sənətlkarlıq üzrə Bakı Dövlət 13 nömrəli Peşə məktəbinin xalçaçılıq sənəti üzrə təlim ustası Esmira Musayeva tərəfindən keçirilən dərnək məşğələrində şagirdlərimiz  böyük həvəslə bu peşənin sirlərinə yiyələniblər.

Ümumilikdə 10 hanada 10 gəbə  qurularaq 2 şagird bir xalça toxuyub və layihənin sonunda 10 xalça hazırlanıb təhvil verilib. 

Daha sonra layihə müddətində həyata keçirilmiş fəaliyyətlərin yadda qalan anlarını əks etdirən qısa videoçarx izlənilib. Həmçinin, layihə iştirakçıları öyrəndiklərini və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Təlimçi ista Esmira Musayeva çıxış edərək layihənin mahiyyəti və uğurla başa çatması barədə danışıb.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Hümbətova, Təşkilatı işlər üzrə direktor müavini Səidə Quliyeva, məkttəbin müəllimi Şahanə Xəlilova  çıxış edərək layihənin uğurla icra olunmasından bəhs edib, layihə rəhbərinə, şagirdlərə uğurlar diləyiblər. IX a sinif şagirdi Əbilova Əsmər, Qurbanlı Aysu çıxış edərək, qədim xalçaçılıq sənətinin sirlərini öyrənmək üçün onlara yaradılan belə gözəl şəraitə görə özləri və şagird yoldaşları adından təşkilatçılara, o cümlədən məktəbin direktoru Nuriyyə Ağayevaya minnətdarlıqlarını bildiriblər.

Sonda layihədə iştirak edən şagirdlər sertifikatlarla, layihəyə dəstək verən komanda isə təşəkkürnamələrlə təltif edilib, şagirdlərin toxuduqları xalçalar tədbir işirakçılarına nümayiş etdirilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan  xalça sənətinin dirçəlişi və  gənc nəsillərə təbliği, Azərbaycan  xalçaçılıq sənətinin önəmli hissəsi olan Qarabağ xalçaçılıq  məktəbinin ənənələrini özünə qaytarmaq, unudulan çeşniləri bərpa etmək və xalçaçılığın  inkişafına dəstək   olmaqdır.

Beləliklə, paytaxtın Qaradağ rayonunun Yeni Müşfiqabad qəsəbəsində yerləşən Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində həyata keçirilən “İlmələr-Xalçaçılıq dərnəyi” layihəsinin bağlanış tədbiri uğurla yekunlaşıb.

İnanırıq ki, Nuriyyə Ağayevanın bu alqışa layiq layihəsi bir başlanğıcdır və Azərbaycan mədəniyyətinin atributlarından olan xalçaçılıq sənətinin inkişafı və bu sənətin sirlərinin yetişməkdə olan yeni nəslə öyrədilməsi istiqamətində əhəmiyyətli işlər görüləcək.

Hüsniyyə Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri