İlon Mask Çin rəhbərini belə təriflədi:
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tesla şirkətinin rəhbəri İlon Mask Çin Xalq Respublikasının sədri Si Cinpin barədə müsbət fikirlər səsləndirib.
Mask bu barədə Çin Mərkəzi Televiziyasına (CCTV) müsahibəsində danışıb.
“Si Cinpin böyük lider təsiri bağışlayır. Onun hakimiyyətdə olduğu müddətdə Çin böyük tərəqqi əldə edib. Mən bunu öz gözlərimlə görmüşəm”, – deyə Mask bildirib.
Tesla rəhbərinin sözlərinə görə, Çinə səfər edən zaman ölkədə hər il genişmiqyaslı dəyişiklikləri müşahidə etmək mümkündür.
“Yeni binalar, qabaqcıl infrastruktur görürsünüz. Küçələrdə gəzərkən Çin vətəndaşlarının rifahının nə qədər əhəmiyyətli dərəcədə artdığını asanlıqla hiss etmək olur”, – Mask qeyd edib.
O, Si Cinpinin “görkəmli bacarıqlara və təsirli nailiyyətlərə” malik olduğunu bildirib.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-a dövlət səfəri edir.
Baxış sayı:69
Bu xəbər 23 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















