Alperen Şengündən 15 xal, Hyuston dan məğlubiyyət NBA da günün nəticələri
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Finiks Sans”a 99:102 hesabı ilə məğlub olub.
Şengün qarşılaşmada 15 xal, 6 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Hyuston”un heyətində Kevin Durant 21 xalla komandasının ən məhsuldar oyunçusu olub. Meydan sahiblərində isə Devin Buker 24 xal toplayıb.
Bu, “Hyuston Rokets”in mövsümdə üçüncü, ardıcıl ikinci məğlubiyyəti olub.
NBA-da gecənin digər nəticələri:
“İndiana Peysers” – “Denver Naqqets” 102:114
“Atlanta Houks” – “Bruklin Nets” 124:121
“Klivlend Kavalyers” – “Nyu-York Niks” 97:109
“Oklahoma-Siti Tander” – “Vaşinqton Uizards” 114:75
“Qolden Steyt Uorriors” – “Orlando Mecik” 126:119
“Finiks Sans” – “Hyuston Rokets” 102:99
“Portlend Treyl Bleyzers” – “San-Antonio Spörs” 103:125
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Noyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















