İlon Mask mikroçip istehsalı üzrə layihəyə start verdi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Amerikalı sahibkar İlon Mask mikroçip istehsalı üzrə "Terafab" layihəsinə start verildiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" platformasında yazıb.
Onun sözlərinə görə, "Tesla" "SpaceX" və "xAI" ilə birlikdə dünyanın ən böyük mikroçip istehsalı zavodunu inşa edəcək.
E.Mask vurğulayıb ki, məqsəd ildə bir trilyon vatt hesablama gücünə nail olmaqdır: "ABŞ elektrik şəbəkələrinin gücü cəmi 0.5 tVt təşkil edir, ona görə də bu gücün böyük hissəsi kosmosa yerləşdirilməlidir".
Yarımkeçiricilər fabriki Texas ştatının Ostin şəhərində fəaliyyət göstərəcək.
"Biz həqiqətən də hesablama texnikasında fizikanın sərhədlərini genişləndirəcəyik və çoxlu inanılmaz və çılğın şeyləri sınayacağıq", - deyə sahibkar əlavə edib.
Söhbət məntiq mikroçiplərinin, yaddaşın və çiplərin qablaşdırılmasının bir dam altında istehsalından gedir.
Layihənin təxmini dəyəri 25 milyard dollar təşkil edir, məqsəd ildə süni intellekt və yaddaş üçün 100-200 milyard mikrosxem buraxmaqdır.
Baxış sayı:165
Bu xəbər 23 Mart 2026 05:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















