Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İlon Mask Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək ANALİTİK

İlon Mask Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək ANALİTİK

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 ABŞ vətəndaşları İlon  Maskı siyasi lider kimi qəbul etməyə hazır görünürlər.


ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskı Demokratlar Partiyasını maliyyələşdirəcəyi təqdirdə “çox ciddi nəticələrlə” qarşılaşacağı barədə xəbərdar edib. “NBC News”a müsahibəsində Tramp Maskı prezidentlik institutuna hörmətsizlikdə ittiham edib və onların şəxsi münasibətlərinin artıq başa çatdığını bildirib. 


Tramp deyib ki, əgər Mask Demokratlara dəstək versə, bu, onun şirkətlərinin, xüsusilə də “SpaceX”in hökumət müqavilələrindən kənarlaşdırılması üçün əsas ola bilər. O, həmçinin federal büdcənin ən böyük qənaətinin Mask üçün nəzərdə tutulan subsidiyaların ləğvi olacağını vurğulayıb və Baydenin bunu etmədiyinə təəccüb etdiyini qeyd edib. 

Qeyd edək ki, Mask bu yaxınlarda Respublikaçıların təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib və “X” platformasında Trampın impiçmentinə çağırış edən paylaşım edib (sonradan silinib). ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Maskın bu addımını “nüvə zərbəsi” adlandıraraq, onun artıq Trampın siyasi düşərgəsinə qayıda bilməyəcəyini bildirib. Tramp və Mask arasında gərginlik mayın 5-də açıq qalmaqalla nəticələnib. Tramp Maskdan “məyus olduğunu” bildirərək onu “dəli” adlandırıb. Mask isə cavabında bu ifadəni “açıq yalan” və “kədərlidir” kimi dəyərləndirib. Mübahisənin fonunda İlon Mask yeni siyasi partiya yaratmaq niyyətini də açıqlayıb.


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Amerika Birləşmiş Ştatlarında qeyri-sabitliyin olması heç də dünyanın, o cümlədən bizim xeyrimizə deyil:

“Çünki bu dövlət həqiqətən də dünyanın hər tərəfində, xüsusilə də münaqişə bölgələrində əsas söz sahibidir. Təəssüflər olsun ki, Donald Trump prezidentliyə başladıqdan sonra ABŞ bu roldan faktiki olaraq imtina etməyə başlayıb. Rusiyanın Ukraynaya təcavüzü qarşısında ABŞ təslimçi mövqe nümayiş etdirir. Bu fonda İlon Mask ilə Donald Trump arasında yaranan münaqişə ABŞ-ni daxildən ciddi şəkildə sarsıda bilər. Artıq İlon Mask özünün siyasi partiyasını qurmaq təşəbbüsünü elan edib. Sorğular da göstərir ki, əgər o bu partiyanı yaratsa, cəmiyyətin ciddi dəstəyini qazana bilər. Yəni ABŞ vətəndaşları İlon  Maskı siyasi lider kimi qəbul etməyə hazır görünürlər. Bu isə ölkə daxilində dərin təlatümlərə səbəb olacaq. Eyni zamanda, İlon Maskın dünyaya təsir imkanlarını da nəzərə alsaq, belə bir vəziyyətin yaxşı nəticələrə gətirib çıxarmayacağını demək mümkündür. Faktiki olaraq, texnologiya şirkətləri vasitəsilə dünyanın hər yerində təsir imkanlarına sahib olan, kosmosdan belə Yer kürəsinin böyük bir hissəsinin idarə olunmasına təsir gücü olan bir şəxsin ABŞ kimi qlobal gücün prezidenti ilə münaqişəyə girməsi yalnız həmin ölkənin deyil, digər dövlətlərin və xalqların da taleyinə təsir edə bilər.  Biz arzu edərdik ki, bu gərginlik dərinləşməsin. Əslində İlon Mask əvvəlki fəaliyyəti ilə, yəni texnologiya və innovasiya sahəsində gördüyü işlərlə məşğul olsa, bu həm ABŞ, həm də dünya üçün daha faydalı olar. Əgər o, siyasətə, özü də iddia etdiyi kimi, sürətlə daxil olmağa qərar verərsə, artıq dünya ciddi təlatümlərə hazır olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri