İlon Mask Trampı dəstəklədi: “Ukraynaya yeni lider lazımdır” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırışını dəstəkləyib. O, Ukraynanın yeni lider seçməsinin vaxtının çatdığını bildirib.
KONKRET.az xəbər verir ki, İlon Mask bu barədə X sosial şəbəkəsində yazıb.
“Razıyam. Ukraynanın yeni lider tapmasının vaxtı çatıb”, – deyə Mask qeyd edib.
İş adamı, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin həddini aşdığını vurğulayıb. O, bu fikirləri Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmalı olduğu barədə açıqlamasına münasibət bildirərkən səsləndirib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynanın prezidentini dəyişməsinin vacibliyini bəyan edib. O, ölkəyə razılaşma əldə edə biləcək yeni lider tapmağı tövsiyə edəcəyini bildirib.
Trampın sözlərinə görə, Zelenski münaqişənin həlli ilə bağlı razılaşma əldə etmək üçün fürsətə malik olub, lakin naməlum səbəblərdən bundan istifadə etmir.
Günay Əli
KONKRET.az
Baxış sayı:90
Bu xəbər 11 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















