Icma.az
close
up
RU
İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı AZƏRTAC

İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 20 yanvar, AZƏRTAC

35 il bundan öncə, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 Yanvar faciəsi nəticəsində 147 nəfər qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 800-dən çox insan həbs olundu. Keçmiş SSRİ tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilən qanlı qətliam ölkə daxilində olduğu kimi, onun hüdudlarından kənarda olan azərbaycanlıları da kədərləndirməklə yanaşı, hiddətləndirmişdi. Haqsızlıq qarşısında susa bilməyənlər arasında o zamanlar Rusiya ərazisindəki Ulan-ude şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olan 300-dən çox azərbaycanlı gənc də var idi. Onlar 20 Yanvar faciəsinə etiraz olaraq, sovet ordusuna xidmətdən imtina etmişdilər. Azərbaycanlı gənc əsgərləri bu haqlı etiraza səsləyən isə 19 yaşlı həmyerliləri İlqar Əliyev idi.

Birinci Qarabağ mübaribəsinin veteranı, təqaüddə olan polis mayoru İlqar Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 35 il öncə yaşanan o hadisələrdən danışıb, həmin günlərin ağır keçdiyini, lakin bütün bu ağırlığın onların iradəsini sındıra bilmədiyini deyib.

“O vaxt diviziyadakı 1500 əsgərdən 376-sı ölkəmizin müxtəlif bölgələrindən olan azərbaycanlılar idi. Mən hərbi xidmətə 1988-ci ilin dekabrında yollanmışdım, artıq rota starşinası idim. Sovet ordusunun ölkəmizdə misli görünməmiş vəhşiliklə müşayiət edilən faciə törətdiyini 1990-cı il yanvarın 21-də televiziyada xəbər proqramı vasitəsilə öyrəndik. Sarsılmışdıq... Azərbaycanlı əsgərlər mənə hörmət edirdilər, səsimə səs verdilər və sovet ordusuna xidmətdən imtina etmək qərarına gəldik”, - deyən İlqar Əliyev söyləyir ki, əsgər yoldaşları günlərlə bütün öhdəliklərindən, yeməkdən belə imtina ediblər. Onların etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini əməlli-başlı təşvişə salıb. “Məni korpus komandiri, general-mayor Boldryevin qəbuluna apardılar. Azərbaycandan minlərlə kilometr aralıda yerləşən hərbi hissədə bizi belə bir davranışa kimin cəsarətləndirdiyini hiddət və təkidlə soruşdu. Mən də həqiqəti cəsarətlə təkrarladım. Dedim ki, xalqımıza qarşı haqsız yerə insanlığa yaraşmayan, qanlı qətliam törədən sovet ordusunda xidmət etmək istəmirik. Bundan sonra məni soyuq havada, kamerada 5 gün xlorlu suyun içərisində saxladılar”, - deyə müsahibim o günləri xatırlayır.

Onun sözlərinə görə, qulluq etdiyi hərbi hissənin rəhbərliyi azərbaycanlı əsgərlərin 20 Yanvar hadisələrinə etirazı barədə öz rəhbərliyinə məruzə edib. Xəbər keçmiş SSRİ-nin müdafiə naziri olmuş Dmitri Yazova qədər çatıb. İlqar Əliyevi sorğu-sual etmək üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkrütbəli 4 zabiti Ulan-udedəki hərbi hissəyə gəlib. “Zabitlər sorğu-sual edib, məni bu davranışa kimin təhrik etdiyini soruşdular. Vəziyyətim heç yaxşı deyildi, rəngim qaralmışdı, halsız, yuxusuz, əli-qolu bağlı idim, gözlərim zorla görürdü, ancaq onlara bildirdim ki, mən və əsgər yoldaşlarım sovet ordusuna xidmət etmək istəmirik. Sorğu-sualdan sonra tibb məntəqəsinə aparıldım”, - deyən İlqar Əliyev vurğulayır ki, ona qarşı təzyiqlər bundan sonra da davam edib. Onun canına qəsd etmək, iradəsini sındırmaq üçün cəhdlər nəticəsiz qalıb. “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin iki zabiti tibb məntəqəsində idi. Həkimlərdən biri gecə saatlarında mənə iynə vurmaq istədi. Anladım ki, məni öldürmək istəyirlər. Müqavimət göstərdim, qapının şüşəsi sındı, yatanlar oyanıb, otağa gəldilər və iynəni vuranmadılar. Beləliklə sağ qala bildim. Lakin məni yenidən kameraya saldılar”.

İlqar Əliyev bildirir ki, onun azərbaycanlı əsgər yoldaşları da sorğu-suallara, təzyiqlərə məruz qalıb, yaxın dostları başqa hərbi hissələrə köçürülüblər. “Sonradan sovet ordusunun azərbaycanlı keçmiş zabitləri Allahverdi Piriyev, Dilqəm Əliyev kimi azərbaycanlılardan eşidib-bildim ki, keçmiş SSRİ-də azərbaycanlıların qulluq etdiyi bütün hərbi hissələrə xəbərdarlıq edilib, ciddi nəzarət tədbirləri həyata keçirilib. Azərbaycanlı əsgərlərə silah verilməməsi əmr edilib. Şovinist olduğum, qiyama cəhd etdiyim, hərbi hissədəki silah-sursatı ələ keçirib, Azərbaycana kömək etmək istədiyim barədə nağıllar uydurulub”, - deyən İlqar Əliyev qeyd edir ki, həmin dövrdə azərbaycanlıların onunla ünsiyyət qurmasına imkan belə verilməyib. Əsgərlər isə bu vəziyyətə boyun əymək istəməyiblər. “Azərbaycanlı əsgər yoldaşlarımdan hərbi xidməti tərk edib Vətənə dönənlər olmuşdu. Qalanlara təzyiqlər davam edirdi. Hərbi hissədə olan 76 erməni əsgərini başqa hərbi hissələrə köçürmüşdülər. Sən demə, bunların başında o zamanlar orada tədqiqatçı olan Ermənistanın sabiq müdafiə naziri, Xocalı soyqırımını törədənlərdən biri Seyran Ohanyan dururmuş. Bunu sonradan bildim”, - deyən İlqar Əliyev onun özünü də hərbi xidmətdən vaxtından əvvəl tərxis etdiklərini bildirir. “Şəxsən Boldrevin özü mənə dedi ki, sən bu hərbi hisssədən nə qədər tez getsən, o qədər yaxşıdır. Vətənə qayıtdıqdan sonra 1990-cı ildən 1994-cü ilədək polis nəfəri kimi Qarabağda gedən döyüşlərdə yaxından iştirak etdim. Mənimlə hərbi xidmətdə olmuş keçmiş əsgər yoldaşlarım da müharibədə düşmənə qarşı vuruşurdular”, - deyə o əlavə edir.

İlqar Əliyev deyir ki, 20 Yanvar faciəsində canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. “20 Yanvar hadisələrinə ilk hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Bütün şəhidlərin narahat ruhu dinclik tapdı. Bu gün hamımız üçün aydındır ki, xalqımızın azadlığa və zəfərlərə gedən yolunun təməli məhz 20 Yanvar gecəsi qoyuldu”, - deyən müsahibim o günlərin həm də bir qəhrəmanlıq səhifəsi olduğunu vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri