Icma.az
close
up
RU
İlqar Muxtarov: Azərbaycan tərəfi tarixi faktlarla bağlı erməni tərəfi ilə akademik müzakirələrə hər zaman hazırdır

İlqar Muxtarov: Azərbaycan tərəfi tarixi faktlarla bağlı erməni tərəfi ilə akademik müzakirələrə hər zaman hazırdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vatikan, 1 may, AZƏRTAC

Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkədir, burada müxtəlif dinlərin nümayəndələri həmişə dinc yanaşı yaşayıblar. Dövlətimiz dini və mədəni irsin qorunmasını özünün fundamental prioritetlərindən biri hesab edir. Azərbaycan tarixi faktlarla bağlı erməni tərəfi ilə akademik müzakirələrə hər zaman hazırdır. Biz nifrət və düşmənçilik ritorikasından qaçmağa, bunun əvəzinə konkret tarixi faktlara əsaslanan obyektiv elmi və mədəni dialoqu dəstəkləməyə çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun İtaliyanın “Informazione Cattolica” portalında dərc olunan məqaləsində yer alıb. Diplomat aprelin 26-da portalda dərc olunmuş “Erməni kilsəsinə qarşı tarixi revizionizm” adlı məqaləyə cavabında bildirib ki, aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda XII beynəlxalq elmi konfransın məqsədi Azərbaycanın zəngin multikultural və çoxkonfessiyalı ənənələrini akademik kontekstdə təqdim etmək olub. Səfir qeyd edib ki, konfransda Azərbaycanın qədim xristian irsi olan Qafqaz Albaniyasının tarixi rolu və bugünkü etnik-mədəni yaddaşdakı yeri müzakirə edilib.

“Bəzi ermənipərəst dairələrin bunu “tarixin saxtalaşdırılması” kimi təqdim etməsi reallıqda alternativ elmi mövqeləri və araşdırmaları susdurmağa yönəlmiş senzura cəhdidir. Tarixi faktların obyektiv təhlili xalqın mədəni irsinin mənimsənilməsi deyil, daha çox mədəni yaddaşla bağlı akademik müzakirələrin təşviqi deməkdir. Bəzi ermənipərəst dairələrin tarixi faktlara əsaslanan müzakirələr aparmaqdan, həqiqətləri ictimaiyyətə təqdim etməkdən narahat olması başa düşüləndir. Həqiqətən də, Azərbaycan ərazisində mövcud olan qədim alban və pravoslav kilsələrinin erməniləşdirilməsi cəhdi, o cümlədən Qafqazın qədim albanlarının bilavasitə varisi olan alban-udi icmasının mövcudluğunun inkar edilməsinin elmi faktlarla müzakirəsi yuxarıda adıçəkilən dairələrin hiddətinə səbəb olur. Qafqaz Albaniyası Azərbaycanın tarixi ərazilərində yerləşən, xristianlığı rəsmi din kimi qəbul etmiş, öz dini yazısı, dili və memarlığı ilə seçilən qədim dövlət idi. Bu irsi (dil, din və mədəniyyət) Qafqaz albanlarının nəsilləri olan Azərbaycanın udi icması indi də qoruyub saxlayır”, - deyə İlqar Muxtarov vurğulayıb.

Diplomat xatırladıb ki, bu həqiqət 2002-ci ildə Roma Papası II İohan Pavelin Azərbaycana tarixi səfəri zamanı da vurğulanıb: “Roma Papası demişdi ki, bu torpaqda böyük dinlər mövcud və fəal olmuşdur: Zərdüştilik qədim dövrlərdə alban kilsəsinin xristianlığı ilə birgə mövcud olmuşdur. İslam o zamanlar artan rol oynamışdır və bu gün də buradakı yəhudilərin böyük əksəriyyətinin dinidir. Burada çox qədim zamanlardan mövcud olan yəhudilik də öz ilkin töhfəsini vermiş və bu gün də təqdir olunur”.

Səfir qeyd edib ki, konfransın gizli keçirilməsi ilə bağlı iddialar qeyri-peşəkar olduğu qədər, həm də gülüncdür. Diplomatik korpusun üzvlərinə, Vatikanın hakimiyyət orqanlarına, alimlərə və jurnalistlərə dəvət məktubları göndərilib, qonaqlar konfransda fəal iştirak ediblər. Qriqorian Universitetinin tələbələrinin, o cümlədən erməni əsilli tələbələrin iştirakını konfransın açıq və akademik xarakter daşımasının əyani sübutu kimi vurğulamaq olar. Bundan başqa, əslən erməni tarixçi və ədəbiyyatçı Filip Ekozyantsın konfransa dəvət olunması və onun məruzəçi kimi iştirakı ittihamların əsassızlığını nümayiş etdirir.

İlqar Muxtarov vurğulayıb: “Azərbaycan tərəfi bu məsələ ilə bağlı erməni tərəfi ilə akademik müzakirələrə hər zaman hazırdır. Ancaq bu istiqamətdə hər hansı təşəbbüsə mane olmaq, hər hansı müzakirəni gözdən salmaq siyasəti konstruktiv mentalitetdən xəbər vermir. Azərbaycanda səfərdə olan və qədim alban kilsələri haqqında reportajlar yazan jurnalistlərə edilən təzyiq və hədə-qorxular, eləcə də Maltadakı Müqəddəs Pavel Apostol Kilsəsinin rektoru, Qərbi Avropa Rus Pravoslav Kilsəsinin Patriarxlıq Eksarxlığı, Papa Şərq İnstitutunun tələbəsi Arximandrit Aleksiyə qarşı çoxsaylı təkidlər, eləcə də onun elmi adının geri alınması cəhdləri hamıya məlumdur və bu, müəyyən dairələrin belə müzakirələrə açıq olmaq istəmədiyini nümayiş etdirir. Eynilə, Papa Qriqorian Universitetinin rektoruna, konfransa uğurlar arzulayan kardinallara və tədbirin digər iştirakçılarına qarşı hücumlar və təhdidlər ifadə azadlığını, akademik araşdırmaları və həqiqəti boğmaq üçün növbəti cəhdi ifadə edir. Papa II İohan Pavelin bəyanatlarından ilhamlanan kardinalın sözlərinin ekstrapolyasiyası və təhrif edilməsi, konfrans iştirakçılarına qarşı böhtanlar ilə yanaşı, məlum qarayaxma kampaniyasının tərkib hissəsidir. Erməni povestinin tərəfdarlarına “əsl tarixçi” və ya “ədalətli siyasətçi”, alternativ fikir bildirənlərə isə “saxtakar” və ya “fürsətçi” damğası vurulması saf riyakarlıq deyilsə, nədir?”

Diplomat müsahibəsində beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Qarabağ bölgəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını xatırladıb, həmin dövrdə Azərbaycana məxsus dini-mədəni irsin tamamilə məhv edildiyini bildirib. Diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini erməni tərəfi heç vaxt yerinə yetirməyib. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı zamanı bir gecədə 613 günahsız dinc sakin yalnız azərbaycanlı mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib ki, bu da bir çox ölkələr tərəfindən soyqırımı aktı kimi qəbul edilib. Bundan başqa, Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərindəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Azərbaycan dəfələrlə UNESCO-ya Qarabağdakı dini-mədəni abidələrin vəziyyətini qiymətləndirmək üçün texniki missiyalar göndərməyi xahiş edib, lakin Ermənistan müxtəlif bəhanələrlə belə səfərlərin qarşısını alıb. Nəticədə Ermənistan işğal etdiyi ərazilərdə 30 il ərzində törətdiyi vandalizm aktlarını beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışıb.

Səfir vurğulayıb ki, Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkədir, burada müxtəlif dinlərin nümayəndələri həmişə dinc yanaşı yaşayıblar. Roma Papası Fransisk 2016-cı ildə Azərbaycana səfəri zamanı ölkəmizi “Şərqlə Qərb arasında qapı” kimi müəyyən edərək, müxtəlif dini icmalar arasında harmonik birgəyaşayış olduğunu vurğulamışdı. Dövlətimiz dini və mədəni irsin qorunmasını özünün fundamental prioritetlərindən biri hesab edir. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmətə əsaslanan yüksəksəviyyəli münasibətlər dini və mədəni dialoqa əsaslanır. Bu əməkdaşlıq sülhü və qarşılıqlı anlaşmanı təşviq etmək üçün ümumi istəkdən irəli gəlir. Bəzi dairələrin bu cür hesabatları fərqli kontekstdə təqdim etmək cəhdi yalnız qərəz və nifrət ritorikasını təşviq etmək məqsədi daşıyır.

“Tarixə və mədəni irsə hörmət etmək təkcə bir xalqa məxsus vəzifə deyil, bütün bəşəriyyətin borcudur. Eləcə də elmi araşdırmaların aparılması, debatların təşkili müəyyən dairələrin inhisarında ola bilməz. Tarixin saxtalaşdırılması, dini və mədəni irsin siyasi istismarı elmi, mənəvi və hüquqi baxımdan qəbuledilməzdir. Bu baxımdan, bəzi ermənipərəst dairələrin müxtəlif elmi dairələrdə aparılan debatları şübhə altına almaq və onlara mane olmaq cəhdləri səmimiyyətin və müzakirəyə açıqlığın olmadığını göstərir. Azərbaycan tərəfi olaraq biz nifrət və düşmənçilik ritorikasından qaçmağa, bunun əvəzinə konkret tarixi faktlara əsaslanan obyektiv elmi və mədəni dialoqu dəstəkləməyə çağırırıq”, - deyə diplomat qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri