Icma.az
close
up
RU
İlqar Safatın Doğma torpaq filmi Türkiyədə iki mükafat aldı (FOTOLAR)

İlqar Safatın Doğma torpaq filmi Türkiyədə iki mükafat aldı (FOTOLAR)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanlı rejissor İlqar Safatın tammetrajlı "Doğma torpaq” bədii filmi İstanbulda keçirilən "5.Goldenhorn IFF” beynəlxalq film festivalında iki mükafat qazanıb.

Qaynarinfo xəbər verir ki, "Fotofilm Culture and Arts” təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən "5.Goldenhorn IFF” festivalı dekabrın 10-12-də İstanbulda reallaşıb. "Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən 44 tammetrajlı bədii, sənədli, tələbə filmi animasiya və eksperimental kateqoriyalar üzrə yarışıb.

İstanbul Aydın Universitetində keçirilən mükafatlandırma mərasimində peşəkar münsiflər heyətinin qərarı ilə Azərbaycanın "Doğma torpaq” filmi iki mükafata layiq görülüb. Belə ki, film kinematoqrafik əsərləri texniki və nəzəri xüsusiyyətlərinə görə qiymətləndirən, elmi və uzunmüddətli töhfə məqsədi daşıyan və əsas kinematoqrafik struktura riayət edilməsi şərti ilə akademiklər tərəfindən təqdim edilən "Best Feature Fiction Academic Award” nominasiyasında qalib olub. Bundan əlavə, "Best Director of Photography” nominasiyasında filmin operatoru Konstantin (Mindia) Esadzenin işi yüksək qiymətləndirilib.


AZƏRTAC-a müsahibəsində filmin ssenari müəllifi və rejissoru İlqar Safat bildirib: "Beş il ərzində üzərində çalışdığımız filmimizin uğur qazanmasına çox sevinirəm. Bu, həm istehsal, həm də mənəvi baxımdan olduqca çətin bir layihə idi. Çünki biz ən yeni tariximizin çox ağrılı səhifələrindən bəhs edirdik. İşimizin insanların qəlbində əks-səda doğurması sevindiricidir. Təkcə peşəkarlar deyil, ilk dəfə bizim danışdığımız faciəli hadisələr barədə məlumat alan sadə tamaşaçılar da filmi böyük maraqla qarşıladılar. Artıq ikinci filmimizi birgə çəkdiyimiz yaxın dostum, gözəl operator Konstantin Esadzenin tərəfindən də çox sevinirəm. İlk birgə işimiz "Sahə” filmi idi. Bütün komandamız üçün sevinirəm. Bu, ümumi uğurdur”.

"Doğma torpaq” ekran əsəri "Nərimanfilm” kinostudiyasında istehsal olunub və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilən ilk bədii film olub. Filmin baş prodüseri Nəriman Məmmədovdur. Baş rolları Rüstəm Cəbrayılov və Alina Vorontsova ifa ediblər.

Qeyd edək ki, film oktyabr ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Türk dünyasının "Qorqud Ata” beynəlxalq film festivalında da nümayiş olunub.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri