Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Onlardan söz qoparmaq qeyri mümkündür

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Bakıda qadın iş yerində hündürlükdən yıxılıb öldü

“Pezeşkianın istefa iddiaları təkzib olunsa da, güc balansı müzakirələri dərinləşir” Politoloq

İlyas Əfəndiyev: xalqa, vətənə bağlı sənətkar

İlyas Əfəndiyev: xalqa, vətənə bağlı sənətkar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə elmlər doktoru, professor

Mayın 26-da ədəbiyyatımızın klassiki, əbədiyaşar sənətkarımız, Xalq yazıçısı İlyas Əfəndiyevin dünyaya gəlişinin 111-ci ili tamam olacaq. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir. 82 illik ömrünün 60 ildən çoxunu bədii yaradıcılığa həsr etmiş, ədəbiyyatın, demək olar ki, bütün janrlarında dəyərli sənət əsərləri yaratmış ustad yazıçının uzunömürlü və heç bir zaman öz aktuallığını, müasirliyini və bədii təravətini itirməyən əsərləri bu gün də gələcəyə gedən yolumuza işıq saçır.

İlyas Əfəndiyev minillik Azərbaycan bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün ən yaxşı ənənələrini yeni epoxada davam etdirərək, mənəviyyat zirvəsinə yüksəldi. O, ədəbiyyatımızda - nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan "İlyas Əfəndiyev teatrı"nın yaradıcısı kimi əbədi şöhrət qazandı. Bu böyük sənətkarın əsərləri xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdı. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. "Söyüdlü arx", "Körpüsalanlar", "Üçatılan", "Geriyə baxma, qoca", "Sarıköynəklə Valehin nağılı" və digər əsərlərində  qəhrəmanların daxili aləmləri, dəruni hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilir. Bütün yaradıcılığı boyu yalnız qəlbinin səsinə qulaq asan İlyas Əfəndiyev yazırdı: "Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam". Mərhum akademik Bəkir Nəbiyev haqlı olaraq qeyd edirdi: "Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir".

XX əsr dramaturgiyası milli dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil edir. Xalq yazıçısı İlyas Əfəndiyev də öz dram əsərləri ilə bu böyük, zəngin mərhələnin yaranmasında və inkişafında özünəməxsus rol oynamış ustad dramaturqdur. O, dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ açdı və "İlyas Əfəndiyev teatrı" yaratdı. Bu əsasda yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o, "İntizar", "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Bağlardan gələn səs", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Odlu səhradan gəlmiş şeytan", "Bizə inan", "On manatlıq lüstr", "Hökmdar və qızı" pyeslərini yazdı. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır.

Sovetlər dönəmində yazıçı istər nəsr, istər də dram əsərlərində azadlığımızı, müstəqilliyimizi, mühacirət və repressiya mövzularını böyük cəsarətlə ədəbiyyatımıza gətirdi.

90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdi: "Siz bu iki tamaşa ilə (söhbət dramaturqun "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiniz. Çünki bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir".

İlyas Əfəndiyevin milli mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərib, fikir və arzularını bildirib.

Onun teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir. "Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir" - deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri yeni, novator keyfiyyətləri ilə diqqətəlayiqdir. Özünün vüsətli yaradıcılıq hünəri ilə İlyas Əfəndiyev milli dramaturgiyaya yeni baxış, yeni duyum və üslub gətirdi.

İlyas Əfəndiyev mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər".

İlyas Əfəndiyevin tarixi dramları özünün bədii-fəlsəfi fikir dərinliyi ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Yüksək ideya-bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə, dramaturqun "Xurşidbanu Natəvan" əsəri həm oxucuların, həm də tamaşaçıların xüsusən dərin marağına səbəb oldu. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o həm də şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o, güclü görünür, müsahiblərini üstələyir. Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər üzərində qurulub.

Ümummilli lider Heydər Əliyev vaxtilə "Xurşidbanu Natəvan" pyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdi: "Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl Xan Qızının timsalında siyasi baxımdan və onun Xan Qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz".

Xalq yazıçısının həm nəsri, həm də dramaturgiyası Azərbaycan kinematoqrafiyası üçün zəngin bədii material vermək qüdrətinə malikdir. Ədibin romanları, xüsusilə "Sarıköynəklə Valehin nağılı", "Üçatılan" və "Geriyə baxma, qoca" əsərləri bir neçə bədii filmə sığacaq material verməyə qabildir. Fikrimizcə, dramaturqun nəsrinin və dramaturgiyasının ekranlaşdırılması böyük bir tarixi zaman kəsiminin bədii materialda öyrənilməsi deməkdir. Bütövlükdə ustad sənətkarın bədii irsi həm də yaşadığı mürəkkəb zəmanənin salnaməsidir.

Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Və özü ilə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq deyirdi: "Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir".

Qəlbində Qarabağ nisgili, Qarabağ düyünü ilə dünyadan köç edən böyük sənətkarımızın ruhu indi şaddır. 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, şanlı ordumuzun şücaəti, şəhidlərimizin və qazilərimizin, igid döyüşçülərimizin fədakarlığı sayəsində həm Füzuli şəhəri, həm də işğal altındakı bütün torpaqlarımız erməni qəsbkarlardan azad edildi. Mərhum sənətkarımızın əsərlərində ilhamla vəsf etdiyi, ürəkdən sevdiyi Qarabağın cənnət guşəsi, mədəniyyətimizin paytaxtı Şuşa indi azad və abaddır. Ümid edirik ki, işğaldan azad olunmuş rayon və kəndlərimizdə, eləcə də Füzuli şəhərində bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilərək tezliklə başa çatacaq, o torpaqlarımız bütünlüklə yenidən cənnətə çevriləcək. Eləcə də böyük yazıçımız İlyas Əfəndiyevin Füzulidə erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş ata yurdunda ev-muzeyi yaradılacaq, dərs dediyi orta məktəbə və Füzuli Dövlət Dram Teatrına onun adı veriləcək.

Unudulmaz sənətkarımız sağlığında çox mükafatlar aldı. Ancaq onun ən böyük mükafatı canından artıq sevdiyi doğma xalqının sevgisi oldu. "Xalq onun qəlbinin, iztirablarının, böyük arzularının tərcümanı olan sənətkarı sevir və heç bir zaman unutmur" - ustad sənətkardan gətirdiyim bu fikir onun özünün müdrik şəxsiyyətini və həmişəyaşar bədii irsini də səciyyələndirir. Bənzərsiz yazıçı taleyi yaşamış İlyas Əfəndiyev bu gün cismən aramızda olmasa da, onun bədii əsərləri oxucularının və tamaşaçılarının qəlbində yaşayır. İlyas Əfəndiyev şəxsiyyəti və yaradıcılığı həmişə bizimlədir. "Biz xalqımızın tarixinə hələ çox borcluyuq" - deyən müdrik sənətkar Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: "Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir".

Yaradıcılığı Azərbaycan xalqının milli-mədəni sərvəti olan İlyas Əfəndiyev dərin hisslərlə öz torpağına, böyüyüb boya-başa çatdığı doğma xalqına, köklü-nəcabətli nəslinə bağlı bir sənətkar idi. Abbas Səhhətin "Məsləkim tərcümeyi-halımdır!" sözləri İlyas Əfəndiyevin də şəxsiyyətini, yaradıcılıq qayəsini və estetik idealını dolğunluğu ilə əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see308

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see264

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see209

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see206

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see205

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see198

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see198

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see192

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see172

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see171

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see170

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see166

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see158

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see158

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see153

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see153

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see153

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see151

Bakıda qadın iş yerində hündürlükdən yıxılıb öldü

02 İyun 2026 13:46see150

“Pezeşkianın istefa iddiaları təkzib olunsa da, güc balansı müzakirələri dərinləşir” Politoloq

02 İyun 2026 13:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri