Binəqədidə vətəndaş kranda köməksiz vəziyyətdə qaldı VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində vətəndaşın kranda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən hündürlüyü təxminən 50 metr olan qülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən təhlükəsizlik məqsədilə alpinist ləvazimatlarının tətbiqi ilə 1963-cü il təvəllüdlü Zamıyev Zalı Dünyamalı oğlu krandan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 04 İyun 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















