İmamoğlu barəsində istintaq başladıldı: görün nədə ittiham olunur
Icma.az bildirir, Publika.az portalına istinadən.
İstanbul Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İmamoğlu televiziya proqramının birində İstanbul Baş prokuroru Akın Gülək və onun ailəsinin ünvanına təhdid dolu ifadələr işlətdiyinə görə ittiham olunur.
İmamoğlu isə istintaqla bağlı açıqlamasında deyilənləri təkzib edib:
"İstanbul Respublika Prokurorluğu onu və ailəsini təhdid etdiyim əsası ilə barəmdə istintaq başlatdı. Çıxışımda bir kəlmə də olsun təhdid yoxdur. Mən heç kimi, xüsusilə baş prokurorun ailəsini və ya uşaqlarını təhdid etməmişəm. İstifadə etdiyim hər söz bu ölkədə hər kəsin övladı və gələcəyi üçün ədalət tələbi idi. Sözümün üstündə dururam. Burada təhdid iddiasını edən baş prokuroru Allaha və vicdanına həvalə edirəm”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















