Icma.az
close
up
RU
Menu

Müəllimlərin maaşı artırılacaq

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

Bayram gününün havası yağış, şimşək, güclü külək

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

Qəbizlik problemi olanlar nə etməlidirlər?

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

Tarixdə ilk dəfə Ay üzərində gün batımının şəkilləri çəkildi

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

Vitkoff: Ukraynada atəşkəs martın 23 də Ciddədə müzakirə olunacaq

ABŞ Dövlət Departamenti İmamoğlunun həbsinə münasibət bildirib

“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”

Pozulan atəşkəs və yalan sülh bəyanatı: Paşinyan kimin diqtəsi ilə hərəkət edir?

İmamoğlu siyasi kampaniyasını erkən başladaraq həm CHP nin mövqeyini zəiflədib, həm də iqtidarın diqqətini üzərinə çəkib AÇIQLAMA

İmamoğlu siyasi kampaniyasını erkən başladaraq həm CHP nin mövqeyini zəiflədib, həm də iqtidarın diqqətini üzərinə çəkib AÇIQLAMA

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Üçüncü bir namizəd seçkilərin taleyini dəyişə bilər



“Hər halda "süddən çıxmış ağ qaşıq" axtarmağa da lüzum yoxdur. Növbədənkənar seçkilər olacağı təqdirdə Ərdoğan - Yavaş yarışının şahidi olacağıq”



Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyata başlanılıb. Əməliyyat çərçivəsində İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murad Ongün saxlanılıb. Bundan başqa, aralarında İmamoğlunun təbliğatını aparan Necati Özkanın da olduğu daha 100 nəfər də saxlanılıb. Saxlanılan şəxslərin evlərində axtarışlar da aparılıb. İmamoğlu “cinayət təşkilatı yaratmaq”, “PKK ilə birgə hərəkət etmək” və “korrupsiya” cinayətləri ilə ittiham olunur. 

Qeyd edək ki, İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə 18 martda ləğv edib. Türkiyə mətbuatı yazıb ki, ötən il Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsinə az vaxt qalanda Əkrəm İmamoğluna ən yaxın adamlardan olan İBB İdman Klubunun rəhbəri Fateh Keleş pulla dolu çamadanları yığarkən görüntülənmişdi. Görüntülərdə milyonlarla lirənin masanın üstündə bağlamalar halında olduğu, ətrafdakı insanlar tərəfindən çeşidlənərək etiketləndiyi və qara rəngli səyahət çamadanlarına qoyulduğu görünür. Məhz həmin görüntülərlə bağlı məhkəmə prosesi 22 nəfərin şübhəli şəxs qismində dindirilməsi ilə başlayıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlamasında deyib ki, saxlanılan şəxslər terror təşkilatına müştərək şəkildə yardım etməkdə təqsirləndirilir: "Tərəfsiz və müstəqil şəkildə aparılan istintaqı fərqli istiqamətlərə yönəltmək, “dövlət çevrilişi” kimi ifadələrlə təsvir etmək son dərəcə təhlükəli və yanlışdır". Türkiyənin ədliyyə naziri qeyd edib ki, istintaq orqanlarının başlatdığı araşdırmaları və məhkəmə proseslərini Türkiyə Prezidentinin adı ilə əlaqələndirmək qəbuledilməzdir. Yılmaz Tunç deyib ki, ədalətin hərtərəfli təminatı üçün araşdırma prosesini sükutla izləmək, veriləcək qərara hörmətlə yanaşmaq lazımdır. Nazir küçələrə çıxmaqla bağlı çağırışı qəbuledilməz adlandırıb. Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Yıldırım Tuğrul "modern.az"a bildirib ki, İmamoğlu barədə şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib: "Beşiktaş bələdiyyə sədri Rıza Akpolat həbs olunmuşdu. O, etirafçı olub. Onun verdiyi ifadələrə əsasən istintaq başladılıb. Qurultay prosesində pul işləri, həm layihələr, həm rüşvət, şəhərsalma işləri ilə bağlı pul məsələləri nə var, nə yox açıqlayıb. Beykoz, Beşiktaş, eləcə də Esenyurt bələdiyyələrindəki şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib". 

CHP sədri Özgür Özəl deyib ki, xalqın əvəzinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir. Onun sözlərinə görə, hazırda xalqın növbəti prezidenti təyin etməsinə mane olacaq qüvvə var: “Biz növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik. Millətimiz öz dövlətini sevir, amma kimlərsə tərəfindən dövlət xalqın qarşısına çıxsa, xalq buna imkan verməz. Əsl güc xalqdır və sonda yenə də xalq qazanar. Sonda yenə millətin dediyi olacaq və Türkiyə qalib gələcək”.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-ci Mansur Yavaş da partiya yoldaşı Ə.İmamoğlunun saxlanılmasına kəskin etiraz edib: “Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər qəbuledilməzdir. Bu mənzərə hüquqi dövlətə yaraşmaz. Saxlanma səbəbi bilinməsə də, daha əvvəl məhkəməyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün saxlanılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsansa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisən. Bilinməlidir ki, millətin iradəsinə zidd heç bir müdaxilə cavabsız qalmır. Qeyri-qanuni üsullarla, təzyiq və təhdidlərlə həyata keçirilən bu təcrübələrdən ən böyük zərəri demokratiyamız görəcək. Amma biz susmayacağıq! Heç kim unutmasın: Əkrəm tək deyil!”.



Türkiyəli professor Hasan Oktay deyib ki, Əkrəm İmamoğlu siyasi kampaniyasını erkən başladaraq həm CHP-nin mövqeyini zəiflədib, həm də iqtidarın diqqətini üzərinə çəkib. Onun sözlərinə görə, bu müddətdə yeni namizədlər ortaya çıxa, Cümhur İttifaqında isə parçalanmalar baş verə bilər: "Xüsusilə Öcalanın əfv məsələsi hakimiyyətdaxili türk millətçilərin mövqeyini dəyişə bilər. Hazırda İmamoğlu ətrafında siyasi müzakirələr genişlənir, lakin üçüncü bir namizəd seçkilərin taleyini dəyişə bilər”. Professora görə, hökumət müxalifət üzərində hüquqi təzyiqləri artırarsa, bu, həm ölkə daxilində, həm də beynəlxalq arenada ciddi siyasi və iqtisadi problemlərə səbəb ola bilər:


 “Demokratiyanın əsas prinsipi ondan ibarətdir ki, iqtidarlar seçki ilə gəlir və seçki ilə gedir. Əgər bir iqtidar öz hakimiyyətini qorumaq üçün qeyri-demokratik üsullara əl atarsa, bu, həm ölkə daxilində siyasi sabitliyi pozar, həm də beynəlxalq aləmdə Türkiyənin nüfuzuna ciddi zərər vurar”. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə deyib ki, hələlik İmamoğlu kimi bir rəqib siyasətdən kənarda qalmış kimi görünür. Lakin ekspertə görə, hadisələri qabaqlamaq doğru olmaz: "Bütün maraqlı tərəflərin mövqelərinin açıq təhlili göstərir ki, İmamoğlu siyasi fiqur kimi gələcəyə saxlanıldı. Onun siyasi karyerası "içəri girib-çıxmış" liderlərin sırasına qatılmaqla böyük bir sıçrayış edə də bilər, amma izlədiyi yola görə etməyə də bilər. Eyni zamanda müəyyən qırmızı xətləri tapdalaması və müxalifətlə yanaşı, dövlətdə də müəyyən daxili icraedici və qərarverici gücün maraqlarını pozduğu üçün birdəfəlik silinə də bilər. Onun aid olduğu qlobalist çevrələrin dünyadakı günü də qaradır. Bu baxımdan Türkiyə daxilində daha fərqli siyasi simalar peyda olmaqla, hərəkətsiz, passiv siyasi lideri dərhal əvəzləməyə getmək də daha ağlabatandır. Göründüyü kimi, onun qaradənizliliyi, kürd kartı, qlobalistlərdən olması, diplom məsələsi və s. kimi faktorlara görə namizədliyi mümkünsüz vəziyyətə gəlir. Bəs, İmamoğlunun ən ideal alternativi kimdir? Şübhəsiz ki, bütün hallarda əsas fiqur kimi Mansur Yavaş ön plana çıxır. Növbədənkənar seçkilər olacağı təqdirdə (ki olacaq) Ərdoğan - Yavaş yarışının şahidi olacağıq. Vəziyyət daha maraqlı şəkil almağa doğru gedəcək. Hər halda "süddən çıxmış ağ qaşıq" axtarmağa da lüzum yoxdur. Şahmat ustası dəstəyini də alaraq gedişini edir. Türk xalqı üçün xeyirlisi olsun".


Fəaliyyətinə xitam verilmiş Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, Türkiyədə daxili terrora son qoyulması üçün böyük addımlar atılıb: 


"Türkiyənin bütün dost və düşmənlərinin diqqəti bu proseslərdədir. Türkiyə dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrilib. Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyi məsələsində Türkiyənin adı ABŞ, Rusiya, Çin kimi dövlətlərlə birgə çəkilir. Bu yüksəlişdə indiki iqtidarın, Rəcəb Təyyib Ərdoğanın yeri əvəzsizdir. Türk düşmənləri bu yüksəlişi durdurmaq üçün hər yola hazırdır. Belə bir dönəmdə 16 milyonluq İstanbul merinin işini-gücünü buraxıb, prezident seçkilərinə 3 il qalmış Türkiyənin etnik həssas nöqtələrində "prezident seçkilərində namizəd olmaq" adı altında miitinqlər keçirməsi, mitinqləri həssas dönəmdə hakimiyyət əleyhinə etiraz dalğasına çevirməsi, Türkiyədə yeni daxili münaqişələr yaratmaq cəhdi nə məqsəd daşıyır?! Türklüyün əleyhinə yönəlmiş, türk düşmənlərinə xidmət edən bu əllaməlik dayandırılmalı idi. Və hüquq çərçivəsində dayandırıldı".


Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki, Türkiyə qardaş və müttəfiq ölkədir:


 "Xarici qüvvələr AKP iqtidarını devirmək üçün müxtəlif ssenarilər həyata keçirib. Bu gün Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi AKP iqtidarı və Prezident R.T.Ərdoğanın misilsiz siyasətinin nəticəsidir. FETÖ-nün hərbi çevrilişi, Ergenekon, Balyoz əməliyyatları məhz Ərdoğanı devirmək planı olub. Türkiyədə İstanbul Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbs edilməsi qardaş ölkənin daxili işidir. Kimliyindən və tutduğu siyasi mövqeyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. İmamoğlunun həbsi Türkiyədə daxili siyasi böhrana gətirib çıxarmayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müəllimlərin maaşı artırılacaq

19 Mart 2025 15:52see202

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

19 Mart 2025 11:35see129

Bayram gününün havası yağış, şimşək, güclü külək

19 Mart 2025 12:28see121

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

19 Mart 2025 11:30see117

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

19 Mart 2025 11:17see117

Qəbizlik problemi olanlar nə etməlidirlər?

19 Mart 2025 11:36see117

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

19 Mart 2025 09:25see116

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

19 Mart 2025 13:40see115

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

19 Mart 2025 12:23see114

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

19 Mart 2025 13:23see114

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

19 Mart 2025 16:13see113

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

19 Mart 2025 09:17see113

Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19 Mart 2025 14:37see112

Tarixdə ilk dəfə Ay üzərində gün batımının şəkilləri çəkildi

20 Mart 2025 06:02see111

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

19 Mart 2025 02:02see110

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

19 Mart 2025 17:43see109

Vitkoff: Ukraynada atəşkəs martın 23 də Ciddədə müzakirə olunacaq

19 Mart 2025 06:09see108

ABŞ Dövlət Departamenti İmamoğlunun həbsinə münasibət bildirib

20 Mart 2025 01:59see108

“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”

20 Mart 2025 10:06see107

Pozulan atəşkəs və yalan sülh bəyanatı: Paşinyan kimin diqtəsi ilə hərəkət edir?

19 Mart 2025 15:23see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri