Icma.az
close
up
RU
İmişlı bəyanat yaydı

İmişlı bəyanat yaydı

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1-ci Liqada çıxış edən “İmişli” bəyanat yayıb.

Fanat.Az xəbər verir ki, Aran təmsilçisinin rəhbərliyi son günlərdə mətbuatda yayılan xəbərlərlə əlaqədar klubun mövqeyini açıqlayıb:

“Hörmətli ictimaiyyət və dəyərli “İmişli” PFK azarkeşləri! Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada “İmişli” PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə “Mingəçevir” FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə “İmişli”nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir. Dəyərli ictimaiyyət! Əziz azarkeşlərimiz! Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. “İmişli” PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaqdır. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız iki klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik. Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir. “İmişli” Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025-26-cı ildən etibarən Misli Premyer Liqasında ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaqdır. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq. Biz birlikdə güclüyük!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Mart 2025 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri