“İmişli” “Qarabağ”a qarşı: İlk qol, yoxsa dördüncü məğlubiyyət?
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının yeddinci turunda “İmişli” və “Qarabağ” futbol komandaları qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, oktyabrın 11-də keçiriləcək görüş Yevlax şəhər stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Görüşü Elvin Bayramovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Pərvin Talıbov və Eyyub İbrahimov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. VAR-da Vüqar Həsənli, AVAR-da isə Teymur Teymurov çalışacaq. Qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.
Komandaların indiyədək keçirdiyi üç rəsmi qarşılaşmanın hamısında “Qarabağ” qələbə qazanıb. Ağdam təmsilçisi bu görüşlərdə rəqib qapısından altı top keçirib və öz qapısında qol görməyib.
Tərəflər ilk dəfə 31 oktyabr 2025-ci ildə qarşılaşıblar. Həmin görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib. 14 fevral 2026-cı ildə keçirilən ikinci matçda Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0. Sonuncu qarşılaşma isə 16 may 2026-cı ildə baş tutub və “Qarabağ”ın 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Beləliklə, “İmişli” dördüncü qarşılaşmada həm “Qarabağ”a qarşı ilk qolunu vurmağa, həm də ilk xalını qazanmağa çalışacaq. Ağdam təmsilçisi isə rəqibi üzərində qələbə seriyasını davam etdirmək imkanı əldə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 Oktyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















