Icma.az
close
up
RU
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi

Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Goranboyda fermer və sahibkarların maarifləndirilməsi, aqrar sahədə dövlət dəstəyi imkanları barədə məlumatlılığın artırılması və kənd təsərrüfatı istehsalçılarının mövcud mexanizmlərdən daha səmərəli istifadəsinin təşviqi məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

XQ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən paneldə Nazirliyin və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun və “Unibank”ASC-nin mütəxəssisləri iştirak ediblər.

Müzakirələrdə kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə dövlət dəstəyi mexanizmləri, fermerlərin subsidiya və güzəştli maliyyələşmə imkanlarından yararlanması, aqrar sığortanın əhəmiyyəti, bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, Aqrar Subsidiya Şurasının qərarları və aqrar sahənin inkişafına yönəlmiş dəstək tədbirləri barədə məlumat verilib. Bildirilib ki, Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, intensiv və texnoloji təsərrüfatçılığa keçidin sürətləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, emal və ixracyönümlü istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətlərini əhatə edir.

Tədbir zamanı fermer və sahibkarların sualları aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin binasında toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada toxumçuluq subyektləri və özəl toxumçuluq şirkətləri tərəfindən sertifikatlaşdırılmış toxumların nümayişi və satışı həyata keçirilib.

M.MİRZƏ
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri