İmişlidə məktəblilərin ölümü... DİN rəhbərliyi zərərşəkənləri qəbul edib, görüntülər göstərilib, onları istintaqın gedişi ilə bağlı məlumatlandırıblar
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İmişli rayonu ərazisində yanvarın 18-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Bildirilib ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.
Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, DYP maşınını Mercedes-in qəfil yola çıxması səbəbindən yol kənarında olan məktəbliləri vurub. Nəticədə 2 nəfər hadisə yerində pölüb, 3 yaralı var.
Hadisə zamanı bir qrup rayon sakini DYP maşınını aşırıb. Onlar sonradan saxlanılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Yanvar 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















