İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyyə olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İmişli, 17 avqust, AZƏRTAC
İmişli rayonu ərazisində iş yerində təkər partlaması nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına təxliyə olunub.
Qeyd edək ki, hadisə ötən gün İmişli rayonunun Məzrəli kəndində qeydə alınıb. Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.
Müxbir-Aydın Yavərzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 17 Avqust 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















